Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”

Tarix 16.09.21, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Konqresinin üzvləri Bayden hökumətinə tövsiyə ediblər ki, Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri verilsin və ya satılsın. 

Qanunvericilər bu məqsədlə 2022-ci il hərbi büdcəsi barədə qanun layihəsinə müvafiq düzəliş daxil etməyə çalışırlar. Güman edilir ki, Ukraynaya İsrail istehsalı olan və hazırda ABŞ ordusunun sərəncamındakı “Dəmir qübbə” (İron Dome) batareyalarından verilə bilər.

“Konqresdə bəziləri 2022-ci il üzrə müdafiə haqqında qanun layihəsinə düzəliş daxil edərək Bayden administrasiyasını Ukraynaya hava-raket hücumundan müasir müdafiə sistemləri verməyə və ya satmağa, o cümlədən “Dəmir qübbə” batareyası göndərməyə vadar etməyə çalışırlar”, – deyə ABŞ-ın nüfuzlu media orqanı – “Politico” yazıb.

Artıq Nümayəndələr Palatasının üzvü, respublikaçı Skott Franklin tərəfindən təklif olunan və hər iki partiya tərəfindən dəstəklənən müvafiq düzəliş qəbul olunub (S.Franklin 26 il ABŞ Hərbi Dəniz Donanmasında xidmət edib.). Düzəlişdə qeyd olunur ki, Pentaqon mövcud hava və raket hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi barədə öz variantlarını Konqresə təqdim etməlidir. Sənəddə konkret hansısa sistemin adı çəkilməsə də, Konqresdəki mənbə bildirib ki, əsas namizədlər 2 “Dəmir qübbə” batareyasıdır.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı bu məsələ müzakirə olunub. Səfər zamanı ABŞ və Ukrayna arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Prezident Baydenin göstərişi ilə Ukraynanın hərbi ehtiyacları üçün əlavə olaraq 60 milyon dollar ayrılıb. Bu vəsaitin çox hissəsi Ukrayna ordusu üçün məşhur “Javelin” antitank sistemlərinin alınmasına sərf olunacaq. ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukrayna Rusiya aqressiyası ilə mübarizədə ABŞ-ın dəstəyinə ümid edə bilər. Ukraynanın müdafiə naziri Andrey Taran isə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyduqlarını ABŞ hərbi rəhbərliyinin nəzərinə çatdırıb. Bu mövzu ötən həftə nüfuzlu senator Lindsi Qremin rəhbərliyi ilə ABŞ Konqresinin respublikaçı nümayəndə heyətinin Ukraynaya səfəri zamanı da əsas müzakirə mövzusu olub. L.Qrem Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, onlar Senatda Ukraynaya hava və raket hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini qaldıracaqlar.


Qeyd edək ki, “İron Dome” – “Dəmir qübbə” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərfindən işlənib hazırlanan mobil hava hücumundan müdafiə sistemidir. O, 4 - 70 km məsafədən atılan taktiki raketləri və artilleriya mərmilərini məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, sistem 10 km yüksəkdə uçan hərbi təyyarələri də vura bilir. Bir ədəd “Dəmir qübbə” batareyası 150 kv. km sahəni müdafiə edə bilir. ABŞ 2019-cu ildə İsraildən bu sistemin 2 batareyasını əldə edib. Lakin iddialara görə, bu sistemləri ABŞ-ın raket hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün olmayıb.

Bəs, Ukrayna “Dəmir qübbə”ni alarsa, onu harada quraşdıracaq?

Ukraynalı mütəxəssislər bu sistemlərin cəbhə xəttindəki komanda məntəqələrinin və hərbi birləşmələrin müdafiəsi üçün istifadə oluna biləcəyini düşünürlər. Lakin 2 ədəd “Dəmir qübbə” batareyası əlbəttə ki, yetərli deyil, digər tərəfdən, bu sistem ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulmayıb. Bu səbəbdən, Ukraynanın ABŞ-dan məşhur “Patriot” sistemləri almaq fikri də var və bu məsələ hazırda müzakirə mərhələsindədir. “Patriot”lar Rusiyanın əlindəki ballisik raketlərdən müdafiəni təmin etmək üçün nəzərdə tutulur.

Ukrayna ordusunu komandanı: “Azərbaycanın təcrübəsi bizdə olsaydı…”


Ukrayna rəhbərliyi öz ordusunu pilotsuz aviasiya ilə də gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyədən məşhur “Bayraktar” zərbə dronlarının daha 4 kompleksinin alınması planlaşdırılıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-mayor Valeri Zalujnıy bildirib. O deyib ki, hazırda Ukrayna ordusunda 2 “Bayraktar” kompleksi – 12 ədəd dron var. Əlavə 4 kompleks 24 ədəd “Bayraktar” deməkdir. Alış-veriş uğurla yekunlaşsa, 2022-ci ilin sonuna Ukraynanın sərəncamında 36 ədəd “Bayraktar” dronu olacaq.

“Gələcəkdə biz yerli pilotsuz uçuş aparatları ilə arsenalımızı təchiz etmək niyyətindəyik”, – deyə V.Zalujnıy söyləyib. O bildirib ki, təkcə alış kifayət deyil, bu silahlarla effektiv davranmağı öyrənmək lazımdır. Ukraynalı general Azərbaycanın bu sahədə təcrübəsini yüksək qiymətləndirib: “Biz hazırda bu aparatlardan istifadənin metodikasını öyrənirik. Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı, işimiz daha asanlaşardı. Etiraf edirəm ki, bizim bu sahədə təəssüf ki, çox az təcrübəmiz var…”

Onu da əlavə edək ki, hazırda Türkiyə tərsanələrində Ukrayna Hərbi Dəniz Donanması üçün 2 ədəd “Ada“ tipli korvetin tikintisi gedir.

(Pressklub.az)




Xəbərin oxunma sayı : 943




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap