Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ və Türkiyənin İranla ticarət dövriyyəsi kəskin azalıb – Statistika

Tarix 10.09.19, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-la İran arasında ticarət dövriyyəsi 70 faiz azalıb.

“Tasnim News” xəbər verir ki, məlumatı ABŞ-ın Statistika Assosiasiyası yayıb.

Cari ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 49 milyon dollar təşkil edib.

Məlumata görə, 2018-ci ilin ilk 7 ayında bu rəqəm 160 milyon dollar olub. 2019-cu ilin yanvar-iyul aylarında isə ABŞ-dan İrana 47,8 milyon dollarlıq mal ixrac edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz azdır. Ötən il bu göstərici 97,8 milyon dollar təşkil edib. Eyni zamanda hesabat dövründə İrandan ABŞ-a 1,2 milyon dollarlıq ixracat olub, bu da 98 faiz azalma deməkdir. Həmçinin ötən ilin müvafiq dövründə İrandan ABŞ-a 62,3 milyon dollarlıq mal ixrac edilib.

Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, 2019-cu ilin ilk 7 ayında İranla Türkiyə arasında ticarət dövriyyəsi 4,21 milyard dollar təşkil edib. Bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 30,2 faiz azdır.

Cari ilin hesabat dövründə İrandan Türkiyəyə 2,82 milyard dollarlıq mal ixrac edilib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 37,85 faiz azdır. Türkiyədən isə cari ilin ilk 7 ayında İrana 1,39 milyard dollar mal ixrac edilib ki, bu da 2018-ci illə müqayisədə 7,09 faiz azdır. Son 5 ildə İranla Türkiyə arasında ticarət dövriyyəsi 53 milyard dollar təşkil edib. Tərəflər qarşıdan gələn 5 il ərzində 150 milyard dollara çatdırmaq niyyətindədirlər/Report.




Xəbərin oxunma sayı : 661




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap