Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Abşeronda gölün bəndi yarıldı, 100-dən çox evi su basdı - VİDEO

Tarix 02.06.26, 9:18

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunun Digah qəsəbəsində gölün bəndi yarılıb, 100-dən çox evi su basıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, ərazidə suyun səviyyəsi bəzi yerlərdə 1 metrdən artıqdır.

Nəticədə vətəndaşlar evlərinə daxil olmaqda çətinlik çəkir, bir çox ailə isə təhlükəsizlik məqsədilə yaşayış yerlərini tərk etməyə məcbur olub. 

Subasma nəticəsində evlərdə olan məişət əşyalarının böyük hissəsi yararsız hala düşüb.

Hadisədən sonra əraziyə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə nümayəndələri,  Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Bağlar Sukanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, daxil olmuş tapşırıq əsasında Digah qəsəbəsi ərazisində yerləşən şor gölü ətrafına təcili olaraq işçi heyəti və texnikalar cəlb olunaraq işə başlanılıb.   Hazırda xüsusi texnika və canlı qüvvənin iştirakı ilə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində intensiv işlər aparılır.




Xəbərin oxunma sayı : 994




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap