Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Abşeronda nüfuz savaşı - Balakəndən başlayan dostluq Xırdalanda necə bitdi

Tarix 17.06.19, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Abşeronun bu iki nüfuzlu xanımı Balakəndə tanış olmuşdular. O vaxt biri rayon poliklinikasında pediatr, biri isə bağça müdirəsi kimi çalışırdı.

Söhbət hazırda Abşeronun icra başçısı İradə Gülməmmədova və Xırdalanda 1 saylı məktəbin direktoru Ədalət Camalovadan gedir.

Bu xanımlar o vaxt tanış oldular, sonra rəfiqə, hətta qohum oldular.

Sonra İdarədə xanım Abşerona təyinat aldı. Əvvəlcə Abşeron rayon uşaq poliklinikasının baş həkimi olaraq çalışdı. Daha sonralar yerli icra hakimiyyətində məsul vəzifə tutdu.

Ədalət Camalova isə o vaxt Təhsil Nazirliyində söz sahibi olan , Misir Mərdanovun müavini İsgəndər İsgəndərovun köməkliyi ilə Xırdalanda 1 saylı məktəbə direktor gətirildi.

Əlbətdə qüdrətli hamisi olmasa kim bağça müdirəsini birbaşa məktəb direktoru qoymağa risq edərdi?



02 sentyabr 2015-ci ildə Abşeron rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunan İradə Gülməmmədova haqqında mediada dərc olunan yazılardan sonra narazı insanların haqlı müraciətlərinin həllini tapacağına ümidlər yaranmışdı.

Əslində Zakir Fərəcov yerini öz yerlisi , hazırda Salyan icra başçısı olan Sevindik Hətəmova verməyə hazırlaşırdı.Amma fikrini dəyişdi. Hətəmov zamanla itaətsizlik göstərə bilərdi.

Ona görə seçimi birinci müavininin üzərində saxladı.

Hər şey vətəndaşların gözləntilərinin əksinə oldu. İnsanlar yanılmışdı. Xanım başçı öz şəxsi maraqlarını önə çəkdi. Zakir Fərəcovun dövründə əhalinin rastlaşmadığı problemlər bir-bir üzə çıxdı.

Xanım başçı bu problemləri həll etməkdənsə torpaq alverini sürətləmdirdi, biznesə girişdi, sahib olduğu təndirxanaların sayını artırdı.

Elə Camalovanın da işi pis getmirdi. Balaca bir məktəbdə 300-dən çox müəllim ştatı açmışdı. Halbuki çoxunu heç dərs saatı ilə təmin edə bilmirdi. Müəllimlərin gəliri olmasa da öz gəliri kifayət qədər idi.

Oğlanları ən bahalı “Rənge Rover” sürür, “Leyla” Şadlıq Evinin yanında yeni tikilmiş binalarda ən bahalı mənzillərə sahiblənir , biznes sahibi olurlar.

Yerigəlmişkən Xırdalanda, Heydər Əliyev adına parkdakı uşaq atraksionlarının sahibinin Ədalət Camalova olduğu deyilir.

Hərçənd ki, özü bunu danır və atraksionların əsil sahibinin İradə Gülməmmədova olduğunu söyləyir.

Maraqlı burasıdır ki, Camalova Zakir Fərəcov Sumqayıta gedən kimi özünü Abşeron təhsil şöbəsinin başında görürdü.

Amma bu baş vermədi.G Gülməmmədova

rəfiqəsinin necə bir iddialı olmasını bilirdi. Gələcəkdə təhlükə yarada bilərdi. Ona görə Ədalət xanımın arzusu ürəyində qaldı.

Məhz bundan sonra xanım başçının əməlləri haqda mediaya fakt axını gücləndi.

Üstəlik son zamanlarda Camalova Sumqayıt İcra hakimiyyətində daha tez -tez görünməyə başlayıb.

Sumqayıtın indiki halda Abşeron üzərində təsirini nəzərə alsaq məktəb direktorunun çabaları nəticə verə bilər.(mənbə: Nuh.az)

Hansı nəticələri-bunu zaman göstərəcək.




Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap