Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Abbas Abbasov gizli toplantılara başladı - 2018-ci ildə qayıdacağını vəd edir

Tarix 28.07.17, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq vitse-primyer regiondakı adamları vasitəsilə yenidən “diaspor liderinə” çevrilmək niyyətindədir

Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun son aylar yenidən siyasi səhnədə fəallaşması barədə ötən sayımızda xəbər vermişdik. Məlumatlarda qeyd olunurdu ki, Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamaq işinə girişən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.
Sabiq vitse-primyer tərəfdarlarına deyib ki, Kreml hələ də ona etimad edir və yenidən önə çıxacaq. Onun Rusiya regionlarındakı keçmiş tərəfdarlarını da Moskvadakı gizli ofisinə toplayaraq təlimatlandırdığı deyilir.
Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin rəsmi saytı isə Vladimir Putinin A.Abbasova məktub yazdığı barədə xəbər yayıb. Kremlin mətbuat xidmətinə istinadən yayılmış məktubda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova “fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə” təşəkkür edib.

Image result for putin

Putinin təşəkküründən “AzerRos”un prezidenti Mehriban Sadıqova geniş məktub hazırlayıb və A.Abbasovun Rusiya-Azərbaycan əlaqələrinin inkişafında fəaliyyəti geniş təhlil olunub. Məktubda diqqətçəkən bir məqam da var. “AzerRos”un prezidenti yazır ki, “Rusiya prezidentinin Abbas Abbasova məktubu ona və onun əqidə dostlarına ciddi mənəvi dəstəkdir”.

Image result for Abbas Abbasov

Rusiyadakı Azərbaycan diasporasındakı bir mənbə “Yeni Müsavat”a deyib ki, A.Abbasov təcili olaraq regional diasporların iclaslarını keçirməklə bağlı göstəriş verib. Artıq bir neçə regionda bu cür toplantıların keçirilməsi barədə xəbərlər var. A.Abbasov regiondakı adamları vasitəsilə “diaspora liderinə” çevrilmək niyyətindədir. Mənbə deyib ki, son olaraq Samarada “Abbas Abbasovun ətrafında birləşək” niyyəti ilə toplantı olub. Bildirilir ki, sabiq vitse-primyer Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən sonra Rusiyada “azərbaycanlıların nicatı” statusuna iddialıdır. Böyük ehtimalla A.Abbasov yaxın müddətdə “Azərbaycan diasporasının təkidi” ilə yenidən rəsmi olaraq fəaliyyətə başlayacaq. Onun “AzerRos”a Ağsaqqallar Şurasının sədri kimi qayıdacağı, ilin sonunda isə ümumiyyətlə təşkilata rəhbərlik edəcəyi deyilir.

Image result for AzərRos

Xatırladaq ki, hələ ötən ilin oktyabrında A.Abbasov “AzerRos”un rəhbərliyində siyasi fəaliyyətini dayandırmışdı. Amma heç kimə sirr deyildi ki, özünün ən yaxın adamı kimi tanınan Mehriban Sadıqovanı “AzerRos” rəhbərliyinə uzun dartışmadan sonra gətirə bilmişdi. M.Sadıqova da istənilən vaxt yerini A.Abbasova verə bilər.
A.Abbasovun 2013-cü ildə yaratdığı “Milyarder ittifaqı” hakimiyyətə qarşı çıxmışdı və baş rolda da sabiq vitse-primyer idi. Amma hakimiyyət Kremlin bu projesini dağıtdı və ən çox zərərçəkən də A.Abbasov oldu. Ona Azərbaycanda ölmək belə yasaqlandı. Onun yenidən anti-Azərbaycan planında yer almasına rəsmi Bakıdan hələ ki reaksiya yoxdur…



Xəbərin oxunma sayı : 844




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap