Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

Abdin Fərzəliyevin “qara kassası” Nurlan Həsənovdan şikayət - “Əlillər evi”nin həyətini zəbt edib

Tarix 24.09.20, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağ müharibəsi əlilləri və şəhid ailələri şikayətlərinə baxılmadığını deyirlər

Bu günlərdə mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənova, Nərimanov rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və şöbə müdiri Nurlan Həsənovun ortaq mülkləri ilə bağlı məlumatlar yayılmışdı. Əli Həsənov bu mülklərin və obyektlərin ona məxsus olmadığını bildirmiş və məlumatı təkzib etmişdi. Abdin Fərzəliyevdən və Nurlan Həsənovdan isə səs çıxmadı.
Bu gün Nərimanov rayonu ərazisində - Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”ində yaşayan bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi adından bizimyol.info-ya məktub daxil olub. Məktubda deyilir ki, Nurlan Həsənov adlı həmin şəxs “Əlillər evi”nin ərazisini zəbt edərək orda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib: “ Nurlan Həsənovun Əhməd Rəcəbli küçəsindəki “Hilal elektrik” kommersiya obyekti və eyni ünvandakı 3 villa da “Əlillər evi”ndən zəbt edilib. Bizim evin açılışı 13 avqust 2009-cu ildə Prezident xarici səfərdə olanda həyata keçirilib. Bu açılışı gizli ediblər ki, Prezident açılışda iştirak etsə idi, dövlət sifarişi ilə əlil və şəhid ailələrinə tikilən evin zəbt edilməsinə şahid olacaqdı. Hətta bütün televiziyalar qonorar sifarişilə çəkilişi elə aparmışdılar ki, evin zəbt edilməsi nəzərə çarpmasın. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş və 11 ildə kanalizasiyası, həyəti belə olmayan “Əlillər evi”nin ətrafında əlavə tikililər davam edir. Özü də Nərimanov RİH və BŞİH-in razılığı ilə. Bizim evin yerində tikilən “Nobel elektrik”, “Hilal elektrik” , “Omid”obyektləri də Nərimanov RİH və Bakı şəhər İcra Hakimiyyətinin məmurlarına məxsusdur”.

Əlillər, şəhid ailələri bununla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, DİN-ə, Baş Prokurorluğa, İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə dəfələrlə müraciət etsələr də, heç bir reaksiya verilmədiyini deyirlər. Şikayətçilər bir sıra başqa yüksək vəzifə sahiblərinin, tanınmış iş adamlarının adlarını çəkirlər. İddialarla bağlı jurnalist araşdırılması aparılması, əlimizdə konkret və təkzibolunmaz faktların olmasılazım gəldiyindən hələlik həmin adları açıqlamağı uyğun bilmirik. Ancaq məktubda da qeyd edildiyi kimi, bu binanın sifarişçisi var: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Məktub müəllifləri həmin Nazirliyin bu hallara qarşı heç bir addım atmadığından da şikayətçidirlər.



Xəbərin oxunma sayı : 1786

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda