Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Abutalabova verilən qonaqlıq 10 ailəni evsiz – 2 hektarı kim ələ keçirdi? + VİDEO

Tarix 15.12.17, 4:52

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin noyabrın 17-də Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- “Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində illər əvvəl  qanunsuz tikilmiş 10 ev Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 100-ə yaxın polis cəlb olunmaqla sökülüb. Söküntü aparılarkən İcra Hakimiyyətinin məmurları və polislərlə  sakinlər arasında qarşıdurma olub, bir neçə sakin döyülüb. Sakinlərdən biri-Elşən Həsənov özünə bıçaqla xəsarət yetirib.

Bəs necə olub ki, Bakının bu görkəmli yerində, sıx şam meşəliyində bir qrup sakin qanunsuz məskən salıb və məmurlar indiyədək buna göz yumub? Yaxud necə olub ki, ərazi Nizami rayonuna aid olsa da qanunsuz tikililəri sökmək əməliyyatını Suraxanı rayon İcra Hakimiyyəti və bu rayonun Polis İdarəsinin əməkdaşları həyata keçirib?

Virtualaz.org bu hadisənin izinə düşüb, yerində araşdırma aparıb. Məlum olub ki, uzaq 2000-ci ildə əksəriyyəti Naxçıvandan olmaqla 10 ailə Bakının bu nadir meşə zolağında hərəyə aşağı-yuxarı 20 sot olmaqla cəmi 2 hektar (!?) ərazini zəbt edib. Orada yəqin ki, meşəliyi də qırmaqla özlərinə fərdi evlər tikiblər və ərazini hündürlüyü 4 metrdən çox olan daş hasarla əhatələyiblər.

220231_src

Bakıda sənədsiz evlər, kortəbii məskunlaşma geniş yayılmış problemdir. Lakin bir qayda olaraq belə evlər şəhərin kənarlarında, neftlə çirklənmiş ərazilərdə və ya əvvəllər sovxoz əraziləri olmuş kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz yollarla bölünüb satıldığı yerlərdə tikilir, tikilməkdədir. Şəhərin ən prestijli yerində, təpəliyin üstündə, sıx şam meşəliyində isə bu cür məskunlaşmanın baş verdiyinə kim inana bilərdi?

Ancaq nə qədər təəcüblü də olsa belə fakt olub. Həmin 10 ailə özlərinin dediyi kimi, hər il bələdiyyəyə “vergi verməklə”, kommunal xərcləri ödəməklə düz 17 il zəbt olunmuş bu 2 hektar meşədə, təmiz hava udmaqla sakitcə yaşayıblar. Özlərinə meyvə bağları salıblar, münbit meşə torpaqlarında tərəvəz yetişdiriblər və toyuq-cücə saxlayıblar. Heç bir mülkiyyət sənədi olmayan, qanunsuz zəbt olunmuş torpaq sahəsinə görə bələdiyyə məmurlarının vergi yığması isə ayrı dələduzluq əməlindən xəbər verir. Hansı ki, belə hallar Bakıətrafı qəsəbələrdə az qala kütləvi yayılıb.

220187_src

Ancaq şəhərdə satmağa torpaq sahələrinin getdikcə tükəndiyi bir vaxtda bu ərazi məmurların nəzərindən uzun müddət yayına bilməzdi. Və meşədə məskunlaşmış 10 ailənin başının üstünü 17 il sonra kəsdiriblər. Sakinlər deyirlər ki, bir neçə ay əvvəl şəhər meri Hacıbala Abutalıbov həmin ərazinin yaxınlığında şair Rüstəm Behrudinin qardaşı, iş adamı İlham Behrudinin malikanəsində qonaq imiş. (Şairin özünün də bu ərazidə nəhəng mülkü var, onun və qardaşının malikanələrinin qanunsuz tikili olub-olmadığını dəqiqləşdirə bilmədik. Sakinlər isə deyirlər ki, bu ərazidə heç kimin sənədləri yoxdur.)

Və Abutalıbovun gözü meşəliyin ortasında tikilmiş kasıb görkəmli, birmərtəbəli evlərə sataşır. Axı bu ərazilərdə zənginlərin malikanələri ucalır, o zaman necə olub ki, kasıb təbəqənin nümayəndələri bu cür prestijli ərazidə özlərinə ev tikib, hərəsi 20 sot torpaq zəbt edib?

220232_src

Rüstəm Behrudinin malikanəsi

Və görünür Abutalıbova məruzə ediblər ki, həmin evlər qanunsuz tikililərdir, 2 hektarlıq meşə ərazisi isə illər əvvəl zəbt olunub. Sakinlərin danışdıqlarına görə Abutalıbovdan bir neçə gün sonra əraziyə br neçə “cip”lərdə məmurlar tökülüşüb gəlib. Araşdırıblar, baxıblar, amma sakinlərə nəsə deyən, qanunsuz tikililəri tərk etmək barədə xəbərdarlıq edən olmayıb.

Nəhayət noyabrın ortalarında əraziyə qəflətən Suraxanı rayon İcra Hakimiyyətinin məmurları və çoxsaylı polislərin müşaiyəti ilə buldozerlər yeridilib. Heç bir xəbərdarlıq edilmədən evləri dağıtmağa başlayıblar. Sakinlərə heç əşyalarını çıxarmağa da imkan verilməyib, bəziləri evini tərk etmək istəməyəndə texnika tikilini içərisində adamlar ola-ola uçurmağa başlayıb.

Həmin 10 evdən biri azərbaycanlı ilə evlənən Türkiyə vətəndaşına məxsus olub. O, Bakıda tikinti layihələrində işləyir və özünə bu ərazidə babat ev tikibmiş. Və söküntü zamanı yaranan qarşıdurmada Türkiyə vətəndaşını və arvadını da döyüblər, xəsarət yetiriblər. Hazırda onların şikayətini Nizami rayon Prokurorluğu araşdırır. Döyülənlərin və qalan sakinlərin hüquqlarının müdafiəsi ilə vəkil Pərviz Hacılı məşğul olur.


Evi sökülənlərdən biri Natiqə Tağıyeva deyir ki, mərhum həyat yoldaşı Nizami rayon bələdiyyəsi ilə razılaşıb həmin torpaq sahəsində məskunlaşmışdı, ev tikmişdi. Hər il bələdiyyənin hesabına vergi adı altında  700 manat ödyiblər və beləliklə də torpağın onlara məxsus olduqlarını güman ediblər.

“Noyabrın 17-də icra hakimiyyətinin nümayəndələri 100-ə yaxın polislə gəlib, evləri sökməyə başladı. Traktoru həyətlərə girə bilmirdi, buna görə də meyvə bağlarımızı qırıb məhv etdilər. Hətta evdən əşyalarımızı çıxarmağa icazə vermədilər. Oğluma məxsus maşını da özləri ilə apardılar. Qonşu qadını övladlarının gözü önündə döydülər”, -N.Tağıyeva söyləyir.

Onun sözlərinə görə, hamilə gəlininin qolundan tutub sürüyərək evdən çıxarıblar. Bunu görən oğlu özünə xəsərət yetirib: “ Oğlum noyabrın 17-dən indiyədək xəstəxanadadır, müalicəsinə köməklik göstərilmir. Gəlinin cehizlərini də aparıblar, geri qaytarmırlar”.

Beləliklə, evlər iki-üç günün içində darmadağın edilib. Vəkil Pərviz Hacılı deyir ki, sakinlərin əkdiyi 300-dən çox meyvə ağacları məhv edilib. Texnikanın işləməsi üçün bir neçə şam ağacı da kəsilib.

220190_src

Lakin əhvalatın ən maraqlı tərəfi indi başlayır. Məlum olur ki, 2 hektar meşə ərazisi “qanunsuz sakinlərdən” təmizlənəndən sonra Suraxanı rayon İcra Hakimiyyəti ərazini təzədən bölüb hasarladır. Çox güman ki, daha sonra sanballı müştərilərə satmaq üçün. Bölgü xətləri üzrə şam ağacları kəsilib götürülüb. Təxminən 30-dan çox şam ağacının kəsildiyi görünür. Hazırda ərazidə fəhlələr hasarlama işləri görür. Onlardan kimin sifarişi ilə işlədiklərini soruşuruq. “Bilmirik” deyirlər, içərilərindən biri “İcra Hakimiyyətinin” deyir.

Vəkil P.Hacılı deyir ki, ərazinin Nizami rayonuna məxsus olmasına baxmayaraq söküntünün və hasarlamanın niyə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən aparıldığını başa düşmürlər: “Nəyə görə evlər məhkəmə qərarı olmadan, sakinlərə heç bir xəbərdarlıq edilmədən ev əşyaları ilə birlikdə dağıdılıb? Bəli, bu evlər sənədsiz olub, sakinlərin torpaq sahəsinə və tikililərə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Amma Bakıda qanunsuz tikililər təkcə bu ərazidə deyil ki? Digər tərəfdən qanunsuz tikilini də sökməyi qanun, məhkəmə qərarı əsasında həyata keçirmək olmazdımı?”

220233_src

Artıq mövcud olmayan sənədsiz evlərdən birinin sakini söhbətə qoşulur:“Bütün məsələ bundadır ki, bu ərazidə bizim kimi kasıbların yaşamasını həzm edə bilmədilər. İndi hasarlayıb varlılara satacaqlar, bütün bu gördüyünüz meşəliyi çox keçmədən məhv edəcəklər, yerində villalar ucaldacaqlar. Hansı ki, biz burada yaşayanda meşəyə də qulluq edirdik, ağacları hər il əhəngləyirdik. Kasıbıq deyə gedib ucqarda yaşamalıyıq? Harda yazılıb ki, kasıb ancaq ucqarda yaşamalıdır?”

Vəkil araşdırıb ki, söküntü üçün formal əsas kimi bu 2 hektarlıq ərazidə 16 sot torpaq sahəsinin guya hansısa Vüsal İdris oğlu Cəfərovun qanuni mülkiyyəti olduğu barədə sənəd göstərilir. Həmin Cəfərov isə Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə yaxın adamdır.

220192_src

“Sənədlər hazırlayıblar ki, guya bu 16 sot torpaq sahəsi 1988-ci ildə “Delfin-S” MMC-nin mülkiyyətinə verilib. Sual edirəm, bəyəm 1988-ci ildə, SSRİ dövründə MMC var idi? Azərbaycanın Mülki Məcəlləsində MMC-lər anlayışı ilk dəfə 2000-ci ildə verilib. Bu, açıq-aşkar qurama, saxta sənəddir. Digər tərəfdən bu sənəddə göstərilir ki, torpaq sahəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindədir. Bura isə Qaraçuxur deyil”-Pərviz Hacılı deyir.

O deyir ki, sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb, dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Qalmaqalla bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov əhvalatı eşitdikdən sonra “Axı həmin ərazi bizim deyil” cavabını verdi. Söküntünün məhz Suraxanı İcra Hakimiyyəti tərəfindən aparıldığını xatırladanda isə mətbuat katibi “məsələni araşdırıb cavab verə biləcəyini” dedi. Ancaq daha sonra telefonlarımıza cavab vermədi…

220202_src
220206_src
220196_src




Xəbərin oxunma sayı : 781




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap