Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Aclıq keçirən Venesuela əhalisi ölkədən qaçır –Təkcə Ekvadora nicat axtaran 1.5 milyon nəfər sığınıb

Tarix 12.08.18, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


BMT-nin qaçqın idarəsi Ekvadorda hökümətə səfalət və ümidsizlikdən qaçan venesuelalıların axını ilə yardım etmək üçün humanitar əməliyyatlarını artırır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı təxmin edir ki, bu il Kolumbiya sərhədindən Ekvadora 1.5 milyon venesuelalı daxil olub. Bu isə hər gün 3 min insanın sərhədi keçməsinə bərabərdir.

Ali Komissarlıq bildirir ki, Venesuelada çətinliklərin artması ilə avqust ayında bu rəqəm hər gün 4000 insana-dək artıb. Artan qaçqın probleminin qarşısını almaq üçün, Ekvador höküməti çərşənbə günü ölkənin bir neçə vilayətində fövqəladə hal elan edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Vilyam Spindler bunu yaxşı və zəruri addım adlandırıb.

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ekvadora əlavə resursların ayrılmasını təmin edəcək bu qərarı alqışlayır və dəstəkləyir. Venesuelıların ölkələrindən Ekvadora axını Latın Amerika tarixinin ən böyük kütləvi axınıdır”– o deyib.

Spindler venesuelalıların günlər, hətta həftələrlə təhlükəli şəraitdə yürüdüyünü söyləyir. O deyir ki, bir çoxları Ekvadora çatdığında səfalət içində olur və ictimai yerlərdə xoşagəlməz vəziyyətdə qalır, ya da həyatda qalmaq üçün başqa yollara əl atır.

Onun sözlərinə görə, xüsusilə də qadınlar və uşaqlar, tək valideynlər və əngəlli insanlar da daxil olmaqla, Ekvadora gələnlərin 20 faizi təhlükə altındadır və müdafiə ilə yardıma ehtiyacı var.

“Yeni gələnlərin 40 faizi qadın və qızlardan ibarətdir və onlar cinsi zorakılıq, xüsusilə də qaçaqçılıq riski ilə üzləşirlər. Ölkənin bəzi hissələrində mühacir axınına qarşı ksenofob reaksiyalar qeydə alınıb”.

Spindler deyir ki, Ekvadora daxil olan venesuelalıların çoxu daha sonra Peru və Çiliyə keçir. O deyir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı fövqəladə əmliyyatlarını artırır. Belə ki, Ekvador qaçqınların yoxlanılıb, qeydiyyatdan keçirilməsi kimi texniki yardımla təmin olunacaq. Onun sözlərinə görə, yardım komandası xüsusi müdafiə və yardıma ehtiyacı olan venesuelalıları müəyyən edəcək.

(Amerikanın səsi)



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap