Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar

Tarix 28.05.17, 4:54

Font ölçüsü : - / +
bitmap-img6


Əhalisinin sayı və zəngin təbiəti ilə seçilən Tovuz rayonu bütün parametrlərinə görə digərlərindən geridə qalır. Məsələn: rayonun sıradan çıxan rabitə və elektrik xətləri, bərbad yolları, şəhər mərkəzindəki iaşə obyektlərinin ən xırda tələblərə belə cavab verməməsi ( kafe-restoranların ayaqyolu olmadan fəalliyyət göstərməsi) ,rayonun içməli suyunun olmaması, küçələrdə bir dənə  də olsun zibil qutularına rast gəlinməməsi , məişət tullantılarının sanki təpə şəklində küçələrdə anti-satariya yaradaraq ərtafa mikrob saçmasını deyə bilərik.

Avropa.info xəbər verir ki, dəfələrlə bu problemlər işıqlandırılsa da , məsələlər həllinə tapmayıb. Nizami, Eldəniz Quliyev, Vaqif  və baqa mərkəzi küçələrdə bərbad, üfunətli vəziyyət müşahidə olunur.Bundan əlavə  rayon mərəkəzinə su böyük fasilələrlə verilir, may ayından sentyabra kimi  sakinlər su üzünə həsrət qalırlar.

Image result for Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar

Bundan başqa vaxtında küçələrdən yığışdırılmayan zibilin ufunətindən əziyyət çəkirlər. Kimlə söhbət etdiksə, ad-soyadını verən olmadı. Səbəb isə yerli icra hakimiyyətindən qorxmalarıdır.Sakinlər bildirilər ki, xeyir-şər işlərində suyu vedrə ilə daşıyırlar. Rayonun mərkəzi küçələrində zibil qutularının olmaması ,sakinlərin hara gəldi zibillərini atması və tullantıların vaxtında daşınmaması sakinləri lap təngə gətirib.

Image result for Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar

Çox maraqlıdır ki, kommunal borcları hər ay istədikləri məbləğdə sakinlərdən yığırlar. Ancaq xidmət səviyyəsi göz qabağındadır.Onu da bildirək ki, bir neçə ay öncə zibil üçün yığılan 2 manat indi 3 olub. Sakinlərsə buna etiraz etdiyindən tullantılar günlərlə küçələrdən yığışdırılmır.Məsələ ilə bağlı Tovuz rayon mənzil kommunal istehsalat birliyindən münasibət öyrənmək istəsək də cəhdlərimiz alınmadı.İdarə şənbə günü işləmədiyindən zənglərmizə cavab verilmədi.

Image result for Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Image result for Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Image result for Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar
Image result for Adı təmiz Tovuzun, zibilli küçələri – Fotolar



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap