Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli Aleyna Tilkinin hamam oyuncaqları - Foto
Axtar
 
  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 04 May 2020

    Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO

  • / Maqazin / — 20 Aprel 2020

    “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli

  • / Maqazin / — 19 Aprel 2020

    Aleyna Tilkinin hamam oyuncaqları - Foto

  • / Maqazin / — 16 Aprel 2020

    Xalq artistinin yataqdan görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 16 Aprel 2020

    Çılpaq bədənlərini yastıqla örtən azərbaycanlılar... - FOTOLAR

Adına 49 mənzil olan şəxs də 190 manat istəyir! - Nazirlikdən sensasiyalı açıqlamalar

Tarix 24.04.20, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) aztəminatlı işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmələrlə bağı yaranmış vəziyyət haqda açıqlama yayıb. 

AzFakt.com nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbova istinadla xəbər verir ki, aprelin 9-dan birdəfəlik ödəmə - 190 manat gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir.

F.Talıbov qeyd edib ki, birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır.

“Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır”, - deyə nazirliyin nümayəndəsi vurğulayıb.

F.Talıbov qeyd edib ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər. O, bu fikirləri təsdiq etmək üçün rəqəmlər də açıqlayıb:

- Müqavilə ilə işləyən və əmək haqqı alanlar – 260 min;
- Aktiv VOEN-i olanlar – 160 min;
- Dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar – 150 min;
- Ölkə xaricindən müraciət edənlər – 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər);
- Özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar – 29 min;
- İcarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər – 9 min və s.

Fazil Talıbov vurğulayıb ki, bütün bu müraciətlərə imtina cavabı verilir.

“Eyni zamanda müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil. Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!

Yaxud, son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar?” – deyə ƏƏSM-nin rəsmisi qeyd edib.

Bununla belə F.Talıbov deyib ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından, belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

“Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik.

Qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir”, - deyə Fazil Talıbov fikirlərini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 1276

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda