Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Adına və andına sadiq qalan şəhid polkovnik-leytenant - FOTO

Tarix 28.04.21, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanlardan biri də polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzovdur. 

Elzamin Təhməzov 26 oktyabr 1979-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Kiçik yaşlarından hərbçi peşəsinə marağı olan Elzamin orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub, arzusuna çatıb.

Hərbi təhsilini başa vurduqdan sonra gənc leytenant “N” saylı hərbi hissədə xidmətə başlayıb. Gündən-günə təcrübə və səriştəsi artan, nümunəvi xidmətilə seçilən E.Təhməzov dəfələrlə ABŞ, Almaniya, Pakistan, İraq, Sloveniya, Türkiyə, həmçinin NATO təlimlərində ölkəmizi şərəf və ləyaqətlə təmsil edib.

27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi alovlananda polkovnik-leytenant Elzamin Təhməzov ön sıralarda vuruşmağa başlayıb. Təcrübəli zabit Suqovuşan uğrunda vuruşub. Erməni işğalçıları bu istiqamətdən daha güclü hücum etdiyindən torpaqlarımızın azadlığı uğrunda qanlı döyüş gedib. Ordumuzun zabit və əsgərləri düşmən hücumunun qarşısını almaq üçün cəsarətlə vuruşublar. İşğalçılar müxtəlif istiqamətlərdən hücuma keçərək döyüşçülərimizi mühasirəyə almağa cəhd ediblər. Zabit Elzamin Təhməzov bu döyüşdə böyük uğur qazanıb. Hərbçilərimizin mühasirəyə düşmək təhlükəsi sovuşub.

Lakin belə cəsarətli, qorxmaz, igid zabiti çox tez itirdik. Vətən müharibəsinin ikinci günü - 28 sentyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə polkovnik-leytenant Elzamin Təhməzov qəhrəmancasına şəhid olub. Əks-həmlə əməliyyatlarının qızğın vaxtında cəsur zabitin yaxınlığına minaatan mərmisi düşüb. Mərmidən qopan qəlpələr onun həyatına son qoyub.

Doğmaları, əzizləri acı göz yaşları içində Azərbaycan Ordusunun zabitini 41 il əvvəl dünyaya göz açdığı Bərdə rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə polkovnik-leytenant Təhməzov Elzamin Kamal oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeninə və “Vətən uğrunda” medalına layiq görülüb.

Polkovnik-leytenant Elzamin Təhməzovun iki qız övladı - Aysel və Aysu yadigar qalıb. Onlar bütün ömürləri boyu ataları ilə fəxr edib öyünəcəklər.

Elzamin Vətənə, millətə dəyərli oğullardan biri oldu. Valideynlərinin ona verdiyi ada - Elzamin adına və hərbi andına sadiq qaldı. Çətin günlərdə elinə arxa oldu, zamin durdu. Xalqımız belə cəsur, qorxmaz oğullarını heç vaxt unutmayacaq. Vətənin xilası üçün doğulmuşları xalqımız həmişə xatırlayacaq.

“Azərbaycan Ordusu” qəzeti





Xəbərin oxunma sayı : 343




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap