Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Adam oğurluğunda ittiham olunan qardaşlara hökm oxundu

Tarix 21.02.17, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Faiq Ağayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib, məhkəmə zalında həbs edilib.

Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

İttihama görə, 2014-cü il dekabrında Fərid Azayev bir qrup şəxslə iki qızı oğurlayaraq, onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Faiq Azayev və Sona Kərimova barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 106




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap