Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Adil Əliyev Paşınyanı hədələdi: “Ağıllı ol...“

Tarix 20.09.20, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


"Paşinyan hakimiyyəti Prezident İlham Əliyevin mesajından lazımi nəticələr çıxarmalı və ilk öncə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərdən çəkilməli, mehriban qonşuluq şəraitində yaşayışı təmin etmək naminə illər öncə indiki Ermənistan ərazilərindən çıxarılan azərbaycanlıların dədə-baba yurduna qayıtmasına zəmanət verməlidir”. 
 
Ovqat.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin vitse-spikeri Adil Əliyev ölkə başçısının Az.TV-yə dünən verdiyi açıqlamanı şərh edərkən deyib.
 
Onun sözlərinə görə, regionda mehriban qonşuluq şəraitdə yaşamaq ilk öncə rəsmi İrəvana sərf edər: "Əks halda bölgədə dəyişilən geopolitik balans Ermənistanın bir dövlət kimi sıradan çıxması ilə nəticələnə bilər”.
 
Vitse-spikerin önəmli mesajlar ehtiva edən açıqlamasını olduğu kimi təqdim edirik:
 
"Prezident İlham Əliyev ötən gün "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Az.TV-yə verdiyi geniş müsahibəsində bir çox mətləblərdən danışdı. Onun üzərində dayandığı əsas məsələlərdən biri də Azərbaycanın təhlükəsizliyi və müdafiəsi ilə əlaqədar idi.
 
Prezident ermənilərin Tovuz hücumundan sonra alınan tədbirlər sayəsində ordumuzun Ermənistan ərazisinə keçəcək qədər mühüm hərbi fürsət əldə etdiyini, amma başqa ölkənin torpaqlarında gözümüz olmadığından bu fürsətdən yararlanmadığını açıq şəkildə bəyan etdi. Onun sözlərinə görə, Azərbaycan ordusunun bu təmkini sərhədsiz deyil və Ermənistan əgər bu cür təcavüzlərinə davam edərsə, Azərbaycan öz ərazilərinin, habelə Gəncə keçidindən keçən beynəlxalq enerji və kommunikasiya xətlərinin müdafiəsi üçün zəruri tədbirlər barədə düşünə bilər. Zənnimcə, bu, Prezident İlham Əliyev tərəfindən verilən çox ciddi mesajdır və Azərbaycanın tarixi şərait yaranan kimi öz əzəli torpaqlarını geri qaytarmaq barədə düşünəcəyinin qəti şəkildə ifadəsidir. 
 
Sirr deyil ki, Ermənistan adlandırılan həmin ərazilər bir zamanlar İrəvan xanlığına aid olub, Çar və Sovet Rusiyasının yardımı ilə bölgənin yerli əhalisi öz dədə-baba yurdlarından çıxarılaraq, orda ermənilər məskunlaşdırılıb. Bu gün də həmin ermənilər öz xarici havadarlarına güvənərək, daha doğrusu, onların diktəsi ilə regionun digər dövlətlərinə, o cümlədən Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürürlər. Bu da regionda sabitliyin pozmasına zəmin hazırlayır və nəticədə dünyanın enerji təhlükəsizliyi və qlobal ticarət layihəsi olan Yeni İpək Yolunun həyata keçirilməsi üçün ciddi əngələ çevrilib. Dolayısıyla bölgədə stabilliyin qorunması təkcə Azərbaycanın və regionun deyil, həm də dünyanın ən vacib problemi kimi ortaya çıxıb. 
 
Prezident də müsahibəsində bu məqama diqqət çəkərək İrəvana ciddi mesajlar göndərdi. Fikrimcə, Paşinyan hakimiyyəti bu mesajdan lazımi nəticələr çıxarmalı və ilk öncə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərdən çəkilməli, mehriban qonşuluq şəraitində yaşayışı təmin etmək naminə illər öncə indiki Ermənistan ərazilərindən çıxarılan azərbaycanlıların dədə-baba yurduna qayıtmasına zəmanət verməlidir. Əks halda bölgədə dəyişilən geopolitik balans Ermənistanın bir dövlət kimi sıradan çıxması ilə nəticələnə bilər. Bu baxımdan regionun digər ölkələrinə qarşı ərazi iddialarından vaz keçmək, mehriban qonşuluq şəraitində birgə yaşayışı təmin etmək hər kəsdən çox Ermənistana lazımdır. Nə yazıq ki, Prezidentin də dediyi kimi Sorosun və başqa böyük dövlətlərin nökərinə çevrilən İrəvan hakimiyyəti rasional düşünmə qabiliyyətini itirib və ağalarının əmrlərini icra etməklə öz xalqını kimlərinsə imperialist maraqlarının qurbanına çevirib.



Xəbərin oxunma sayı : 346




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap