Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Afaq Aslan tələbələrin qarşısına yarıçılpaq çıxdı – Universitetdən açıqlama

Tarix 16.03.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Afaq Aslanın xarici görünüşü, geyim tərzi...

Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan Novruz şənliyində iştirakı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. İstifadəçilər xüsusilə, tədbir təşkilatçılarına irad bildiriblər ki, xanım müğənninin açıq-saçıq geyindiyini bildikləri halda, onu tələbələrin qarşısında çıxışa dəvət ediblər.

Bu haqda AzEdu.az-a danışan ADNSU ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov isə A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müğənninin çıxışı proqramın qeyri-rəsmi hissəsində, tələbələrin əyləncəsi üçün nəzərdə tutulan konsertdə olub:

“Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Ötən gün keçirilən Novruz şənliyinin idarəsini Tələbə Həmkarlar Komitəsi öz üzərinə götürüb. Biz konserti təşkil etməsi üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət “İnstagram” sosial şəbəkəsində sorğu keçirirərək tələbələrin istəyinə uyğun müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Beləliklə, tədbirə dəvət alan Afaq Aslan tədbirin konsert hissəsində iştirak edib.

Afaq Aslanın xarici görünüşü, geyim tərzi isə müğənninin özünü maraqlandıran məsələdir. O geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Qeyd etdiyim kimi, Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət ediblər. Onlar da tələbələrin istəyini nəzərə alaraq, belə addım atıblar. Üstəlik, konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər”.












Xəbərin oxunma sayı : 958




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap