Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Afaq Bəşirqızından mədəniyyət xadimlərinə çağırış: “Hər biriniz şəhid ailələrinə baş çəkin...”

Tarix 29.09.20, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


“Ordumuzla fəxr edirik. Onlar bizim başımızın tacı, dövlətimizin, xalqımızın, bizlərin qoruyucularıdır”.

Bu sözləri Xalq artisti Afaq Bəşirqızı Musavat.com-a açıqlamasında deyib. Xalq artisti Azərbaycan ordusunu son günlərdəki uğurlarına çox sevindiyini bildirib:

“3 gündür biz analar, bacılar, atalar, qardaşlar nigarançılıqdan yata bilmirik. Lakin zəfər sədalarını eşidəndə inanın, hər şey yaxşı olur.

Qələbə xəbərlərinə çox sevinirik. Gözləyirik ki, şanlı ordumuz tezliklə Kəlbəcərdə, Şuşada, Şuşa qalasında üçrəngli bayrağımızı asacaq. Buna çox inanırıq.

30 il dözmüşük və çox nahaq yerə də dözmüşük. Bu illər ərzində öz insanlığımızı türkçülüyümüzü nümayiş etdirdik, göstərdik, düşündük ki, bəlkə ağıllanarlar. Amma onlar ağıllanmadılar.
Artıq ermənilər özlərini itiriblər. Bilmirlər ki, milliyətcə kimdirlər, haradan gəliblər.

Erməni analarına sual verirəm ki, siz ölən oğlanlarınıza nə ad qoyacaqsınız? Sizin sonrakı ağlınız sizi mühakimə edəndə nə deyəcəksiniz, oğlunuz niyə öldü? Axı o şəhid deyil, o, başqasının torpaqlarında döyüşüb”.

Afaq Bəşirqızı mədəniyyət xadimlərinə də müraciət edib:

“Şəhid ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Bizim indi bir gözümüz ağlayır, bir gözümüz gülür.
Mən bütün mədəniyyət xadimlərinə müraciət edirəm. Bütün qoyulan qaydalara əməl olunması şərti ilə şəhid ailələrinə baş çəkin. Mən özüm sabahdan Quba-Xaçmaz bölgəsinə gedib, oradakı şəhid ailələri ilə görüşəcəm, baş sağlığı verəcəm. Bu bir növ təsəlli, diqqətdir.

Ümumiyyətlə, bu günlərdə əlimizdən olan bütün imkanlardan istifadə etməli, bir-birimizə qarşı diqqətli, mehriban olmalı, bir-birimizi qorumalıyıq. Yaşasın Azərbaycan xalqı, Azərbaycan dövləti. Uca tanrıdan ən böyük istəyim budur ki, Azərbaycanın haqq müharibəsində qalib gəlməsini, qələbə qazanmasını eşidim!”



Xəbərin oxunma sayı : 352




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap