Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AFFA Aslan İsmayılovu məhkəmə ilə hədələdi - Qalmaqal

Tarix 20.09.21, 18:06

Font ölçüsü : - / +
bitmap-img6


AFFA hüquqşunas Aslan İsmayılovu məhkəmə ilə hədələyib.
 
AzFakt.com xəbər verir ki, qurum rəsmi saytı vasitəsilə açıqlama yayıb.  Həmin açıqlamanı nəzərinizə çatdırırıq: 

"Hüquqşünas Aslan İsmayılov facebook sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası barədə böhtan xarakterli məlumatlar yayıb, AFFA-nı korrupsiyada ittiham edib.
 
İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər.

Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır.

Aslan İsmayılov qeyd olunan facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq".

Xatırladaq ki, hüquqşünas "Keşlə" klubunun icarə borcunu ödəmədiyini bildirərək, kluba və AFFA-ya sərt ittihamlar irəli sürüb. O, bu qurumlarda baş verən korrupsiya hallarının araşdırılmasını tələb edib.



Xəbərin oxunma sayı : 850




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap