Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

AFFA daha bir neçə komandaya texniki məğlubiyyət verdi

Tarix 15.11.17, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra müxtəlif liqalarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Futzal üzrə Azərbaycan çempionatının “Araz” – “Neftçi” İK matçının 18-ci dəqiqəsində “Araz”ın futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan birinciliyinin 2-ci dəstəsinin “VİP” FK – “Hövsan” FK matçının 21-ci dəqiqəsində “Hövsan”ın futbolçusu Əli Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin 2-ci dəstəsinin “Metropoliten” – “Obolon” matçının 47-ci dəqiqəsində “Metropoliten”in futbolçusu Namiq Mirzəyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Azərbaycan həvəskarlar Liqasında “Hövsan” – “Bərdə” matçının 12-ci dəqiqəsində “Hövsan”ın futbolçusu Mirxəlil İslamov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 68-ci dəqiqəsində “Hövsan”ın futbolçusu Süleyman Əhmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasında “Zirə” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Xəzər Mahmudov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-15 Liqasında “Zaqatala” - “Turan” matçının 70+2-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Denis Əsədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasında “Zirə” - “Vətən” matçı başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Elnur Mirzəyev hakimi təhqir etdiyinə görə, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-14 Liqasında “Laçın” (Pirəşükül) - “Məhəllə Uşaqları” (Sumqayıt) matçının 24-cü dəqiqəsində “Məhəllə Uşaqları”nın futbolçusu Fərid İslamov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasında “Birlik Gİİ” (Şəmkir) – “UGİM Tovuz” matçında “Birlik Gİİ” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-14 Liqasında “Yasamal Gİİ” (Şəmkir) – UGİM (Qazax) matçının 21-ci dəqiqəsində “Yasamal Gİİ” klubunun futbolçusu Sənan Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Oyunun 33-cü dəqiqəsində “Yasamal Gİİ” klubunun futbolçusu Sənan Məhərrəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Qarşılaşmanın 58-ci dəqiqəsində UGİM klubunun futbolçusu Şamil Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-14 Liqasında “Xudafərin” (Cəbrayıl) – UGİM (Saatlı) matçının 33-cü dəqiqəsində UGİM klubunun futbolçusu Nicat Fərzəliyevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 46-cı dəqiqəsində “Xudafərin”in futbolçusu Sənan Balakişiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasında, “Sumqayıt” (Sumqayıt) – "Şüvəlan" (Bakı) matçında “Sumqayıt”ın futbolçusu Emin Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasında “Neftçi” İK İB – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə”nin futbolçusu Hüseyn Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-13 Liqasında “UGİM Topqapı” (Bərdə) – "UGİM" (Bərdə) matçında "UGİM" (Bərdə) klubunun futbolçusu Mətin Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasında “Gəncə” TİM (Gəncə) – “Gənclik UGİM-2” matçının 33-cü dəqiqəsində “Gənclik TİM” klubunun futbolçusu Nihad Quliyevin və “Gənclik UGİM-2” klubunun 6 futbolçusu Taleh Cəlilinin aqresiv davranışlara görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb.
 
U-13 qızlar Liqasında “Təhsil” RİM (Sumqayıt) – UGİM (Sumqayıt) matçında UGİM-2 komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 qızlar Liqasında, İOEUGİM (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında “Həkəri”  komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.



Xəbərin oxunma sayı : 112




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap