Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

AFFA ilə Beynəlxalq Bank arasında pul davası

Tarix 27.05.17, 3:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin fevralında "İnter"i qəyyumluğa götürən AFFA ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında problem yaranıb. Assosiasiya ABB-dən klubun hesabına 500 min manat ödəməsini tələb edir.
 
“Fitch” beynəlxalq reytinq agentliyinin xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirdiyi bank, sən demə, ötən yay Avropa Liqasında 2 mərhələ keçən komandaya UEFA-ya ayırdığı vəsaiti öz hesabına yönləndirib və həmin pulun bir hissəsi ilə "İnter"in iki aylıq maaşı ödəyib. Halbuki ABB keçən sezonun əvvəlində AFFA-ya 500 min manatlıq bank zəmanəti verib və qurum bu məbləğlə "bankirlər"in yanvar və fevral aylarının əməkhaqqısını qarşılayıb. Federasiya yalnız mart ayının ödəmələrini öz büdcəsindən edib.
 
Mayın son günlərini yaşayırıq, kollektiv hələ aprelin maaşını almayıb. AFFA indi bankın yaxasından yapışıb ki, UEFA-nın ayırdığı pulu nə cür götürübsə, elə də yerinə qaytarsın, beləliklə, axır 2 ayın borcu bağlansın. Çünki ABB klub qarşısında öhdəlik götürüb və Avropa futbol qurumunun "ənam"ından istifadə etməklə, bunu öz adına çıxmaq səlahiyyətində deyil. 12 il "İnter"i maliyyələşdirmiş bank isə göstərilən məbləği qaytarmaq iqtidarında olmadığını iddia edərək, AFFA rəsmilərini arxasınca süründürür.(sportinfo.az)



Xəbərin oxunma sayı : 238




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap