Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AFFA koronavirus pandemiyasına necə meydan oxuyur?

Tarix 17.03.21, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmançını hamınız yaxşı tanıyırsız. Bu xanımın adı ölkəmizdə koronavirus pandemiyası, onun gətirdiyi qadağalarla paralel çəkilir. Əvvəllər tez-tez brifinqlərə qatılır, xalqın gözünü qorxutmaq üçün əlindən gələni edirdi. Ta o vaxta kimi ki, özü-özünü ifşa etməmişdi...

İyunun 13-dən ölkəmizdə sərt karantin rejiminin qadağaları bir qədər də sərtləşdirilmiş, vətəndaşlara yaşadıqları yeri tərk etmək qadağan olunmuşdu. Bir sözlə, deyirdilər ki, evdən ayağınızı bayıra qoysanız, ya xəstəliyə tutulub öləcəksiz, ya da sizi ağır cərimələrə məruz qoyacağıq. Bunu deyənlər arasında Hande Harmançı da var idi. Xalq bir də onda xəbər tutdu ki, yayın istisində insanları dörd divar arasında saxlayan, onları evə qalmağa çağıran Hande xanım özü nəinki qaldığı evi, hətta Bakını tərk edib. Harmançının Qubada şəlalədə sərinlənən yerdə şəkilləri sosial şəbəkələrin bəzəyinə çevrildi. Xanımın açıqlaması o oldu ki, "mən insanlar arasında deyildim”.

Açıklama yok.

Ötən ilin yayında "Qarabağ”a çempionluq kuboku təqdim ediləcəkdi. Əvvəlcədən elan olunmuşdu ki, təqdimat mərasiminə karantin qaydalarına uyğun, tibbi maskadan istifadə edən, xəstəlik əlaməti olmayan jurnalistlər buraxılacaq. Sözsüz ki, sosial məsafənin qorunması şərti ilə. Amma sonradan daha bir açıqlama verildi. Məlum oldu ki, qələm sahiblərinin tədbirə girişi də məhdudlaşdırılır. Məsələyə AFFA-nın müdaxilə etdiyi, tədbirin maksimum qapalı şəraitdə keçirilməsiylə bağlı PFL-ə şifahi tapşırıq verildiyi deyilirdi.

Dünən Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və "Neftçi” klubunun bugünlərdə müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb. Həmin görüşdə "ağ-qaralar”ın prezidenti Kamran Quliyev də iştirak edib. Görüşün özünün heç bir çərçivəyə sığmaması, məntiq elmini alt-üst etməsi məlumdu. Çünki indiyə qədər dünyanın heç bir yerində futbol qurumunun rəhbər şəxsləri klubun transfer etdiyi legionerlə görüşməyib. Belə bir görüş "feyr-pley” qaydalarına da ziddi. Bu öz yerində. Görüşdən çəkilmiş şəklə baxanda görürük ki, iştirakçıların hamısı karantin qaydalarını pozur, maskadan istifadə etmir. Deyə bilərsiz ki, sosial məsafə qorunub, özü də açıq havada şəkil çəkilib. Amma siz də bilirsiz ki, Azərbaycan ərazisində evdən başqa hər yerdə maska taxmaq qanunun tələbidi. Göründüyü kimi, Elxan Məmmədov və onunla birlikdə olanlar bu tələbi pozub.

AFFA-nın koronavirus pandemiyasına, karantin qadağalarına meydan oxuması təkcə bununla yekunlaşmır. Hazırda milli komandamız toplanışdadı. Qarşıda bizi üç rəsmi və məsul oyun gözləyir. Portuqaliya və Qətərlə görüş üçün futbolçularımız səfərə çıxacaq, Serbiya ilə Bakıda qarşılaşacağıq. Məlum məsələdi ki, görüşlərdən və səfərdən öncə futbolçular test verəcəklər, Allah göstərməsin, testinin nəticəsi pozitiv olan futbolçu millidən ayrı düşəcək. Hələ onun digərlərini yoluxdurmaq ehtimalı da var.

Millimizin üzvü Emin Mahmudov toplanışın ilk günü otel restoranı olduğu təxmin edilən bir məkandan şəkil paylaşıb. Fotoda onunla yanaşı Emil Balayev və Qara Qarayev yer alır. Amma arxa fonda da futbolçu olmadıqları dəqiq bilinən kənar şəxslər görünür. Onlar mülki geyimdə masa arxasında əyləşiblər. Təbii ki, nə onların, nə də futbolçuların tibbi maskası var. Belə çıxır ki, milli üzvlərinin məskunlaşdığı oteldə, yaxud yemək yediyi restoranda kənar adamlar da var. Yəni, millinin futbolçuları belə həssas məqamda ətraf aləmdən təcrid edilməyib, izolyasiya şəraitində karantinə alınmayıb.
 
Açıklama yok.

Maraqlıdı ki, bu yaxınlarda Tovuzda toplanış keçən U-17 millimizə görə ordakı futbol akademiyasının bir mərtəbəsinə kənar şəxslər buraxılmırdı. Doğru olanı da budu. Futbolçular mütləq qorunmalı, karantində saxlanılmalıdır. Çünki düşərgəyə gətirilən bir virus bütün futbolçulara yayılar, komandanın pis vəziyyətə sala bilər. Görünən odu ki, AFFA bütün bunları ya bilmir, yaxud da məsələnin ciddiliyini qəbul etmir. Nə deyək, təki onların bildiyi kimi olsun. Qorxulu virus AFFA rəhbərliyindən də, futbolçularımızdan da uzaq olsun.
 
Sport7.az





Xəbərin oxunma sayı : 394




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap