Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

AFFA Messinin Bakıya gəlməsi üçün milyonlar təklif edib

Tarix 27.02.18, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


"Barselona"nın ulduzu Lionel Messi iyunda Bakıya gələ bilərmiş. Bu, Argentina millisinin DÇ-2018-in seçmə mərhələsi öncəsi son hazırlıq matçı ola bilərdi. Ancaq cənubi amerikalılar Azərbaycan əvəzinə İsraili seçiblər.

Bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilir ki, iyunun 9-da iki komanda arasında yoxlama oyununun kieçiriləcəyi artıq dəqiqləşib. Tərəflər arasındakı razılığa əsasən, Lionel Messi həmin matçda azı 60 dəqiqə meydanda olmalıdı. Bu oyuna görə İsrail tərəfi Argentina Futbol Federasiyasına 3 milyon dollar ödəyəcək.

İsrail mətbuatının iddiasına görə, AFFA bundan daha artıq təklif edib. Ancaq Argentina tərəfi yekunda İsrailin daha uğurlu seçim olacağı qənaətinə gəlib. Bunun bir səbəbi isə federasiya rəhbərliyinin komanda üzvlərinin mundial öncəsi Qüdsdəki müqəddəs yerləri görməsinin onları daha yaxşı motivasiya edəcəyini düşünməsi olub.

Xatırladaq ki, Azərbaycan və Argentina millilərinin yoldaşlıq oyunu keçirməsi ilə bağlı ehtimal keçən ilin noyabrında da olmuşdu. Həmin zaman vaxt azlığı səbəbindən AFFA-nın bundan imtina etdiyi deyilirdi. Başqa bir məlumata görə isə argentinalı ulduzlar Azərbaycanı uyğun rəqib kimi görməmişdilər. Nəticədə bu yığma Krasnodarda Nigeriya ilə yoxlama oyunu keçirmişdi.

Onu da əlavə edək ki, İsrail - Argentina matçının baş tutacağı 9 iyun tarixində millimiz Latviya ilə yoxlama oyunu keçirəcək.

Aut.az



Xəbərin oxunma sayı : 280




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap