Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ Arvadı Eserdən yeni villa istəyir Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

  • / Maqazin / — 14 May 2019

    Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

Agentlik əməkdaşlarına kəsici-deşici alətlərlə hücum olunub - DİN-ə müraciət edildi

Tarix 05.12.18, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


"Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib”. 

AzFakt.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, hadisə niyabrın 5-də axşam saatlarında "Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib: 

"Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib". 

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələrinə qarşı qanuna zidd əməli törədən sürücünün şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib:

"Artıq zəruri tədbirlərin görülməsinə başlanılıb. Hadisəyə dərhal reaksiya verərək nəzarətə götürülməsi ilə bağlı Daxili İşlər Nazirliyə təşəkkür edirik. 

Bildiririk ki, yollarda nəqliyyat vasitələrinin fasiləsiz və normal hərəkətinə maneə yaradan halların aradan qaldırılması, həmçinin yolların bütün hərəkət iştirakçıları, xüsusən də piyadalar üçün daha təhlükəsiz vəziyyətə gətirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Qarşıya qoyulan məqsədlərə nail olunması üçün Bakı şəhərinin inzibati ərazisində dayanma və durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tənbeh tədbirləri bundan sonra daha mütəşəkkil qaydada aparılacaq. Hərəkətin intensiv olduğu və eyni zamanda əsas nəqliyyat yükünün üzərinə götürən yollar, o cümlədən, Q.Qarayev, Bülbül, H.Cavid, Azadlıq prospektləri, 28 may, R.Behbudov, S.Vurğun, C.Cabbarlı, B.Vahabzadə və Ş.Qurbanov küçələrinə nəzarət daha da artırılıb. 

Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırmaq istərdik ki, dayanma və durma qaydalarına ciddi şəkildə əməl edilməlidir. Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır. Bu kimi qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilir. Hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur".



Xəbərin oxunma sayı : 115

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda