|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Akademik Ramiz Mehdiyevin yeni kitabı çıxdı - “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi”
Tarix 19.11.18, 22:09 |
|
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı "Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə həsr edilmiş çoxsaylı sanballı əsərlər akademik Ramiz Mehdiyevin qələminin məhsullarıdır. Mübaliğəsiz demək olar ki, bu əsərlərin hər birinin nəşri respublikanın elmi həyatında əlamətdar hadisəyə çevrilib, elmi mühitdə və cəmiyyətdə geniş əks-səda doğurub, qızğın müzakirələrə səbəb olub. Bu əsərlərin başlıca xüsusiyyəti şərhin fəlsəfi dərinliyi, elmi yanaşma, ciddi ardıcıllıq və məntiqilik, habelə qaldırılan mövzuların yeniliyi və tarixin az öyrənilmiş səhifələrinə müraciət edilməsidir.
Bu baxımdan, alimin yeni kitabı da istisna deyil. Bu, Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk cəhddir. Məsələyə bir qədər geniş yanaşsaq, bu, əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır. Bu proseslərin dərin təhlili ermənilərin müəllif tərəfindən tutarlı faktlarla təsvir edilən və regiondakı iri dövlətlərin tərkibində həmişə "beşinci kolon” rolu oynamasını şərtləndirən psixoloji portretinə əsaslanır. Akademik R.Mehdiyev yazır: "Ermənilərin tarixindəki faktlar sübut edir ki, satqınlıq, başqa millətdən olan insanları qəbul etməmək ayrı-ayrı epizodlar deyil, konkret məqsədlərə nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir... Bədrəftarlıq onların xarakterinin mühüm cəhətidir”.
Müəllif ermənilərin daha bir səciyyəvi cəhətini – saxtakarlıqlara meyilli olmasını açıb göstərir. Yalan həmişə ermənilərin əsas ideoloji silahı olub. Bu, kitabın birinci fəslində dəqiq göstərilib. Alim faktlara əsaslanaraq erməni mənbələrinin guya Qriqorian kilsəsinin Səfəvilərə qarşı fəaliyyətinin həmin ərazilərdə erməni dövlətinin bərpa edilməsi uğrunda mübarizə ilə bağlı olduğuna dair yalan iddialarını ifşa edir. Müəllif sübut edir ki, həmin ərazilərdə erməni dövləti heç vaxt mövcud olmayıb. Alim, həmçinin erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası”nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Bu halda müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən Orta Əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Bu əsərlərdə göstərilir ki, Səfəvi dövlətinin hökmdarları erməni əhaliyə tolerant münasibət bəsləyib, dini etiqad və əmlak münasibətləri məsələlərində onlara tam sərbəstlik verib, onların ticarətlə məşğul olmasına maneçilik törətməyib, uzun müddət Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq inhisarçı tədarükçüləri olmasına imkan veriblər. Müəllif yazır: "Bunun müqabilində onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında ödəmək, qanunlara riayət etmək və hakimiyyətin iradəsinə tabe olmaq tələb edilirdi”. Bu başqa məsələdir ki, ermənilər bu cür xeyirxah münasibətin müqabilində adətləri üzrə qədirbilməzlik göstərirdilər.
Kitabın ikinci fəsli çox maraqlı və faktoloji materiallarla zəngindir. Müəllif bu fəsildə Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixini izləyir. Qərbin agentura şəbəkəsinə cəlb edilən əsas obyektin kim olmasını güman etmək çətin deyil. Müəllif vurğulayır ki, satılmağa hazır olan erməniləri satın alırdılar. Eçmiədzindəki riyakar və satqın strateqlər bu cür əməkdaşlığa xeyir-dua verirdilər. Alimin yazdığına görə, ermənilər Vatikan missionerlərinə nə lazım olduğunu tezliklə anladılar – Səfəvi dövlətinin daxilində əsl "beşinci kolon” formalaşdırmaq. Lakin bu, Qriqorian kilsəsinin dəstəyi ilə ermənilərin qərbli himayədarları ilə ikili oyun oynamalarına mane olmurdu, nəticədə onların arasında vaxtaşırı münaqişə və ziddiyyətlər yaranırdı. Bununla belə, ermənilər XVII əsrin axırlarında Səfəvilər dövləti tənəzzülə uğrayana qədər Vatikan üçün əsas informasiya mənbəyi, Azərbaycan ərazilərinə soxulmaq üçün təsir vasitəsi kimi qalırdılar. Müəllif bu qənaətə gəlir ki, Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasətinin kökləri uzaq keçmişə gedib çıxır və bu nifrətin səhifələrinin çoxu Azərbaycan və Türkiyə torpaqlarında "böyük Ermənistan” yaratmaq arzusu ilə bağlıdır. Alim bu nəticəyə gəlir: "Başqa səbəb yoxdur. Erməni xalqının bütün bəlaları Qriqorian kilsəsi başda olmaqla onun siyasi elitasının satqınlığından irəli gəlir”.
Kitabın üçüncü fəslində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə söhbət açılır. Müəllif qeyd edir ki, Səfəvi hökmdarları onlara xas olan praqmatizm, incə siyasi duyum sayəsində maraqların gizli müharibəsində, o cümlədən erməni kilsəsinə nəzarət məsələsində avropalı strateqləri üstələməyə nail olub, özlərindən Osmanlı Türkiyəsinə qarşı alət kimi istifadə edilməsinə imkan verməyiblər. Müəllif Qriqorian kilsəsi ilə Moskva dövləti arasında gizli siyasi əlaqələr məsələsinə xüsusi diqqət yetirir, göstərir ki, erməni ruhanilər XVII əsrin ikinci yarısından başlayaraq Qərbdə öz siyasi tədbirləri uğursuzluğa düçar olacağı halda Moskva dövlətini alternativ himayədar hesab etməyə başladılar. Həmişə "fərasətli” olmaları ilə fərqlənən ermənilər Səfəvilər dövlətinin zəifləməsini və Xəzər regionunda, Qafqazda öz mövqelərini möhkəmlətməyə çalışan Rusiyanın güclənməsini hiss edərək öz prioritetlərini kəskin şəkildə dəyişdilər, nəzərlərini şimala yönəltdilər. Onlar öz xidmətləri müqabilində ciddi iqtisadi preferensiyalar, ən başlıcası – özlərinin ilhaqçı planlarına dəstək alırdılar.
Müəllif qeyd edir ki, Qərb və Rusiya diplomatiyası tarixində XVII-XVIII əsrlərdə erməni ruhanilər və erməni icması ilə qarşılıqlı fəaliyyət regiondakı müsəlman dövlətini zəiflətmək üçün erməni kartından separatizm aləti kimi istifadə edilməsi sahəsində ilk təcrübə olub. Tarixin sonrakı dövrlərində bu kartdan dəfələrlə istifadə olunub, o, bu və ya digər konkret maraqlara və məqsədlərə xidmət edib. Məsələn, XX əsrin əvvəlində Osmanlı İmperiyasının süqutunda erməni amili heç də sonuncu rol oynamayıb. Ermənilər İranı və Azərbaycanı daxildən zəiflətməklə Çar Rusiyası tərəfindən həm Azərbaycan xanlıqlarının, həm də bütün Qafqazın işğal edilməsinə şərait yaradıblar. Müəllif yazır: "XX əsrin əvvəlində ermənilər özlərinin satqınlığı və "beşinci kolon” rolu müqabilində Azərbaycanın tarixi torpaqları hesabına Cənubi Qafqazda müstəqil dövlət yaradılması ilə mükafatlandırıldılar”.
Akademik R.Mehdiyevin başqa əsərlərində olduğu kimi, onun yeni kitabında da müəllifin vətəndaşlıq mövqeyi aşkar görünür. Alim əmindir ki, əgər tarixi öyrənməsək və ondan lazımi dərs almasaq, o, təkrarlanma xassəsinə malikdir. Müəllif yazır: "Əsla mübaliğə etmədən faktlar belə deməyə əsas verir ki, həmin dövrdə Səfəvilər dövlətinin ətrafında baş vermiş bir çox proseslər bu gün Azərbaycana münasibətdə müşahidə etdiklərimizlə çox oxşardır. Bu proseslər əvvəlki əsrlərdə baş vermiş və ölkəmizin vətəndaşlarının əksəriyyətinə hətta ümumi şəkildə də məlum olmayan hadisələrin bir növ davamıdır. Tarix absurd teatrında tamaşa şəklində təkrarlanır. Bu, tarixdən lazımi dərs alanlar üçün gələcək təhlükələrin və itkilərin qarşısını almağa kömək edir, bu dərsləri mənimsəmək iqtidarında olmayanlar üçün isə keçmişin müasir "don geydirilmiş” hadisələri yeni faciəyə çevrilə bilər, özü də bu, təkcə Cənubi Qafqaz regionuna aid deyil”.
Alim bu baxımdan hər bir xalq üçün öz tarixini bilməyin vacibliyini vurğulayır. Müəllifin haqlı olaraq vurğuladığı kimi, öz keçmişini bilməyən, öz düşmənləri və ənənəvi problemləri ilə tanış olmayan millət özünü başa düşmək və müdafiə etmək iqtidarında olmur. Görkəmli alimin Vətənimizin tarixində az məlum olan və az işıqlandırılmış səhifələrə müraciət etməsi, şübhəsiz, bunu dərindən duymasından, öz millətinin taleyinə görə məsuliyyət hissindən irəli gəlir.
Akademik Ramiz Mehdiyevin yeni kitabının məziyyətləri arasında daha bir məqamı xüsusi qeyd etmək istərdik: yetərincə mürəkkəb elmi material mükəmməl və anlaşılan üslubda şərh edilib. Kitabın sırf elmi əsər olmasına baxmayaraq, o, populyar və sadə dildə yazılıb. Fikirlərin səlisliyi, ifadələrin obrazlılığı oxucunu cəlb edir. Ona görə də kitab, necə deyərlər, maraqlı bədii əsər kimi, praktiki olaraq birnəfəsə oxunur.
Bu mövzu üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması R.Mehdiyevin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq. Həqiqətən, müəllif özünün yeni kitabı ilə azərbaycanlı tarixçi alimlərə ölkəmizin uzaq və yaxın keçmişinin tədqiqinə necə yanaşmaq lazım olması nümunəsi göstərir, böyük diqqət tələb edən əsas istiqamətləri müəyyənləşdirir və problemlərin üzərinə işıq salır. Sırf elmi materialın şərh edilməsi ilə kifayətlənməyən alim respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, qeyd edir ki, bu elmlər təhlil, obyektiv tənqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Akademik R. Mehdiyev kitaba sözardında yazır: "Hər hansı xalqın və dövlətin tarixinin yazılması intellektual və vicdanlı yanaşma tələb edir, bu prosesdə emosiyalara və şəxsi qənaətlərə yer yoxdur. Bu baxımdan Azərbaycan tarixi istisna ola bilməz”. O əmindir ki, tədqiqatçılar ölkəmizin tarixinin ən mürəkkəb və problemli məsələlərini qaldırmalı, artıq çeynənilmiş, özünün praktiki və elmi əhəmiyyətini çoxdan itirmiş mövzu və problemləri bir kənara atmalıdırlar. Praktik-alim göstərir ki, bu cür problemlər təkcə Səfəvilər dövlətinin deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan ərazisində mövcud olmuş digər dövlətlərin tarixində də çoxdur.
Akademik Ramiz Mehdiyev humanitar elm sahələrində çalışan Azərbaycan alimlərini müasir tədqiqat metodikasını daha fəal mənimsəməyə çağırır. O xəbərdarlıq edir ki, əks halda "elmimizin rəqabətə davam gətirməsi və Azərbaycan xalqının tarixi və mədəni irsini yenidən yazmaqda, özlərinin xeyrinə təhrif etməkdə və mənimsəməkdə maraqlı olan qüvvələrin güclü, ardıcıl təbliğatına qarşı dözüb dayanması çox çətin olacaq. Əgər müasir terminologiya ilə desək, bu kitab ölkəmizin tarixini araşdırmaqla məşğul olan Azərbaycanın humanitar alimləri üçün "Yol xəritəsi” ola bilər. Ona görə ki, alimin vurğuladığı kimi, tarixin öyrənilməsinə bu cür münasibət formalaşmayınca "bizim tarixi yaddaşımız beləcə qısa və səthi səviyyədə qalacaq”.
Bu fikri bundan yaxşı ifadə etmək mümkün deyil!
Xəbərin oxunma sayı : 382
Sosial
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV