Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Akademiklər Putinə qarşı – Prezidentin namizədi səs ala bilmir

Tarix 28.03.17, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Elmlər Akademiyasında seçkilərin təxirə salınmasının əsl səbəbi üzə çıxıb.

Martın 27-də səlahiyyət müddəti başa çatan Rusiya Elmlər Akademiyasının prezidenti Vladimir Fortovun xələfinin kim olacağı məsələsi açıq qalıb. Belə ki, martın 22-də yeni prezidentin və rəyasət heyətinin müəyyən edilməli olduğu seçkilər noyabr ayına təxirə salınıb. Rəsmi olaraq, səbəb kimi seçki sənədləşməsində problemlər meydana çıxdığı və ümumiyyətlə seçki qaydalarının dəyişdirilməsi zərurətinin yarandığı göstərilib.

“Azpolitika.info” Rusiya mətbuatına istinadən bildirir ki, Elmlər Akademiyasına seçkilərin təxirə salınmasının əsl səbəbi tamamilə başqa imiş. Məlum olub ki, seçkiyə qatılan 3 namizəddən biri – Vladislav Pançenko Rusiya prezidenti Vladimir Putinə yaxın adam hesab edilsə də, onun seçkidə toplayacağı səs 0-a yaxın proqnozlaşdırılır. Digər iki namizəd – hazırkı prezident Vladimir Fortov və Molekulyar Biologiya İnstitutunun direktoru, akademik Aleksandr Makarov daha şanslıdır. Hətta Makarovun seçilmə şansının yüksək olduğu da ehtimal edilir.

Məlum olub ki, seçkidə iştirak edən Rusiya elminin aparıcı simaları akademiyanın hökumətin buyruq quluna çevrilməsini istəmirlər və daha azad, mütərəqi təşkilat olmasına tərəfdardırlar. Bu səbəbdən də Putinin adamına səs verməyəcəkləri bəlli olub.

Müxalifyönlü mətbuat bildirir ki, məsələ ilə bağlı hazırkı prezident Fortovla ölkə başçısı Putin arasında bir neçə saat davam edən və mətbuatın gözündən uzaq, gərgin görüş keçirilib. Bundan sonra Fortov namizədliyini geri götürüb. Və hətta noyabrda keçiriləcək yeni seçkilərə qədər akademiyaya rəhbərlikdən də imtina edib. Hazırda bu vəzifəni akademiyanın vitse-prezidenti Valeri Kozlov həyata keçirir. Vəziyyətin onun əleyhinə çevrildiyini görən Putinin təmsilçisi V.Pançenko seçkinin keçirilməsi qaydalarından rəsmən şikayət edib və namizədliyini geri götürüb. Makarov da eyni addımı atmaq məcburiyyətində qalıb. Nəticədə alimlər seçkinin təxirə salınmasından başqa çıxış yolu olmadığı qənaətinə gəliblər.

Rusiya mətbuatı bildirir ki, Pançenko Putinə olduqca yaxın hesab edilən Mixail Kovalçukun akademiyadakı dəstəsinə aiddir. Kurçatov adına instituta rəhbərlik edən Kovalçukun kiçik qardaşı Yuri isə “Rossiya” bankının prezidentidir. O da öz növbəsində Putinin ən inanılmış və toxunulmaz kadrlarındandır. Bütün bunlardan xəbərdar olan alimlərin məhz bu səbəbdən Pançenkoya səs verməyəcəkləri məlum olub.

Yaranmış situasiyanı isə baş nazir Medvedev Rusiya elmində az qala kollapsa səbəb olacağından ehtiyatlandıqlarını söyləyib. Həmçinin, ölkə rəhbərliyinin akademiya prezidentinin seçkisilə bağlı qanuna dəyişiklik etmək istədiyi bildirilir. Bu dəyişikliklərə görə, akademiyanın rəhbəri reyasət heyətinin təqdim etdiyi akademik namizədlər sırasından birbaşa prezident Putin tərəfindən seçiləcək. Və böyük ehtimalla o namizəd də elə Mixail Kovalçukun özü olacaq.
Göründüyü kimi, hökumətin bütün təzyiqlərinə baxmayaraq, elm adamları müqavimət göstərir, elm sahəsinin müstəqilliyini saxlamasına çalışırlar. Bunu Azərbaycanın elm həyatı və alimlərilə müqayisə etdikdə, həsəd aparmaqdan başqa bir şey qalmır…



Xəbərin oxunma sayı : 82




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap