|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Akif Çovdarov həkimdən 500 min dolları niyə tələb edib? – Generalın məhkəməsi
Tarix 14.02.17, 2:56 |
|
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Təqsirləndirilənlərin təcridxanadan məhkəmə zalına gətirilməsi xeyli gecikdiyi üçün proses təyin olunduğu vaxtdan 1 saat gec başladı. Qeyd edək ki, günün birinci yarısı baxılmasına əvvəllər başlamış epizodlar üzrə məhkəməyə gəlmiş şahidlərin dindirilməsinə həsr olundu.
“RayPo” sədrinin “Xatirə”ləri
İlk olaraq Kürdəmirdə Akif Çovdarovun həmtəsisçisi olduğu deyilən “RAF-2006” MMC-nin balıqçılıq təsərrüfatı yaratması üzündən yolu kəsilmiş “Xatirə” kafesinin keçmiş sahibi Şehman İmanovun iddia ərizəsi üzrə epizodda şahid qismində keçən Kürdəmir İstehsal-İstehlak Kooperativinin sədri Fikrət Səlimov ifadə verdi.
“Xatirə” yeməkxanasının özəlləşdirildiyi və Şehman İmanovun adına keçdiyi 2008-ci ildə “RayPo” sədri işləmiş F.Səlimov bildirdi ki, obyektin balans dəyəri 0 (sıfır) olsa da, o, Şehman İmanova 2000 manata satılaraq özəlləşdirilib. Şahid bundan başqa bu məsələ üzrə heç nə bilmədiyini bildirdi.
Təqsirləndirilən Akif Çovdarovun vəkilləri kürdəmirli şahidin məhkəmə qarşısında özünü itirməsindən və hüquqi incəlikləri dəqiqliklə bilməməsindən istifadə edərək, onu öz sualları ilə çətin vəziyyətə saldılar. Məlum oldu ki, “RayPo” sədri özəlləşdirilənə qədər yeməkxanada işləmiş Şehman İmanovun orada kimin işçisi kimi çalışmasından və haradan maaş almasından xəbərsizdir. Əsində, şahidin işin mahiyyətinə aid heç bir ifadə verə bilməməsi onun ifadəsinin əhəmiyyətini azaltdı və vəkillərin də sualları çox olmadı.
“Elit” otelinə təsadüfi qızla getmək olar?
Zərərçəkmiş Neman Kərimovun iddiası əsasında baxılan epizod üzrə şahid qismində “Elit” otelinin direktoru Tərlan Məsimov ifadə verdi. Xatırladaq ki, Neman Kərimovu MTN işçiləri məhz “Elit” otelindən “tanış qızlar”la keçirdiyi gecədən sonra saxlayıb aparmışdılar. Sonradan Akif Çovdarovun ondan 60 min dollar tələb etməsi iddia edilir. Həmin epizod üzrə arayış vermiş təqsirləndirilən MTN generalı əslində N.Kərimovun agent şəbəkəsinə cəlb edilməsi məqsədilə idarəyə çağırılmasını qeyd etmişdi.
Şahid ifadəsində bildirdi ki, hadisə 2009-cu ildə baş verdiyi üçün oteldə həmin dövrə aid heç bir qeyd qalmayıb. Yəni Neman Kərimovun sözügedən gecəni oteldə keçirməsini, yaxud keçirməməsini sübut edəcək heç bir dəlil qalmayıb. Mehmanxananın direktoru Tərlan Məsimov dedi ki, uzun illər ərzində otelin qonaqlarının qeydiyyat kartlarını saxlamağın mənası yoxdur və onlar atılır.
Vəkil Şahin Rəfiyev şahidə “Sizin otelə hər hansı qızla gəlib gecələmək olur?” sualını ünvanladı. Otel direktoru bunun mümkünsüzlüyünü qeyd etdi, lakin otelə giriş zamanı bir otaqda gecələyən müxtəlif cinsli qonaqlardan nikah şəhadətnaməsinin tələb edilib-edilməməsi məsələsinə aydınlıq gətirmədi.
Şahid rahat şəkildə oğlunun 5 ildir ki, itkin düşdüyünü dedi
“BakTel” şirkətinin əməkdaşının keçmiş MTN şefi Eldar Mahmudov olduğu iddia edilən “AyTel” şirkətinə olan borcuna görə zərərçəkmiş Zaur İbrahimovdan 525 min dollar vəsaitin alınması ilə bağlı epizod üzrə şahid qismində “BakTel”in keçmiş direktoru Ruslan Qarayevin atası Akif Qarayev ifadə verdi.
Şahid bildirdi ki. oğlu həmişə qapalı həyat tərzi keçirib və onun işi ilə bağlı təfərrüatları bilmir. Daha sonra A.Qarayev oğlunun 2012-ci ildə ölkəni tərk etməsini məhkəmə iştirakçılarının diqqətinə çatdırdı. Dövlət ittihamçısının “Oğlunuzun hazırda harada olmasından xəbəriniz varmı?” sualına şahid kefini pozmadan inkaredici cavab verdi.
Xatırladaq ki, ötən iclaslarda etdiyi çıxışlardan birində təqsirləndirilən Akif Çovdarov Ruslan Qarayevə Gürcüstanda birgə iş qurmaq təklif etdiyini qeyd etmişdi.
“İmkanlı oğlan idi, 25 min dollar çıxarıb verdim”
Eyni epizod üzrə ifadə verən şahid Vaqif Həsənov 2009-cu ildə sığorta şirkətinə rəhbərlik etdiyini bildirdi. Onun sözlərinə görə, yaxın dostu, “BakTel” şirkətinin əsas sahiblərindən olan, hazırda zərərçəkmiş Zaur İbrahimov şahiddən borc pul istəyib, lakin bunu nəyə görə istədiyini deməyib.
“O vaxt Zaur çox imkanlı oğlan idi, amma istədiyi məbləğ də böyük idi. Əlimdə olan 25 min dolları çıxarıb verdim. İndiyə kimi də geri ala bilməmişəm”, – V.Həsənov sözlərinə əlavə etdi.
Gürcüstan DTX-nin keçmiş əməkdaşı məhkəmə qarşısında
Zərərçəkmiş Zakir Bədəlovun iddiası üzrə baxılan epizodda şahid qismində Gürcüstan vətəndaşı, həmin ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı Zakir Mustafayev ifadə verdi. Xatırladaq ki, Z.Bədəlov ifadəsində MTN-in idarə rəisi, təqsirləndirilən Səlim Məmmədovun onun şəxsiyyət vəsiqəsini alıb saxlamasını, 200 min manat tələb edərək, əks təqdirdə, ölkədən deportasiya edəcəyi ilə hədələdiyini bildirmişdi.
Gürcüstandan məhkəmədə ifadə verməyə gəlmiş şahid qeyd etdi ki, zərərçəkmiş onun keçmiş qohumu və yerlisidir. “Bakıda ev tikib satırdı, bir gün gəldi ki, mənə təcili pul lazımdır. Mən də dost-tanışdan 125 min dollar toplayıb Zakirə verdim. İki aya qaytaracağını deyirdi. Amma üstündən 20 ay keçsə də, qaytarmadı”, – Zakir Mustafayev bildirib.
Zərərçəkmiş Zakir Bədəlov əvvəlki ifadələrində adaşının Gürcüstandan Azərbaycana köçərək, burada MTN-ə işə düzəlmək istədiyini demişdi. Z.Mustafayev bu ittihamı gülünc adlandırdı: “Başqa ölkənin vətəndaşı ola-ola, mən burada dövlət işinə, özü də təhlükəsizlik xidmətinə necə daxil ola bilərdim?”
Şahid onu da dedi ki, qohumu uzun müddət pulu qaytarmadığından, 2007-ci ildə onunla şərt kəsib və valyutanın kəskin dəyərdən düşməsini nəzərə alaraq, Zakir Bədəlovun borc müqabilində 500 min dollar qaytaracağı ilə bağlı razılığa gəldiklərini qeyd etdi. “Həmin məbləğdən yalnız 300 min dolları qaytarıb, 200 min dolları hələ də borcludur”, – Z.Mustafayev deyib.
Əslində, iki Zakirin bu pul çəkişməsinin məhkəmədə baxılan cinayət işinə və təqsirləndirilən şəxslərə nə aidiyyatının olması günün maraqlı suallarından oldu.
Qolu qandallı zərərçəkmiş hansı iddia ilə çıxış etdi?
Mənzillərin birdən birə 2 şəxsə satılması faktları ilə dələduzluqda ittiham olunaraq, 2012-ci ildə 13 il həbs cəzası almış zərərçəkmiş Nəsib Əliyev məhkəmə zalına konvoyun müşayiəti ilə qolu qandallı gətirildi. İxtisasca həkim olduğunu deyən N.Əliyev təqsirləndirilən Akif Çovdarovun müxtəlif vaxtlarda ondan külli miqdarda pul aldığını bildirdi.
Maraqlı faktdır ki, zərərçəkmiş Nəsib Əliyev artıq 5 ildir həbs cəzası çəkdiyi cəzaçəkmə müəssisəsində ixtisası üzrə həkim funksiyalarını icra edir.
Zərərçəkmiş qeyd etdi ki, 2009-cu ildə Yeni Günəşli qəsəbəsində yaşayış binası tikirmiş. Günlərin bir günü vətəndaş ofisə daxil olaraq, binadan mənzil almaq istədiyini bildirir və ilkin ödəniş kimi 5 min dollar verəcəyini deyir. Nəsib Əliyev pulu sayan zaman otağa 4 MTN əməkdaşı daxil olur və onun nəzərinə çatdırırlar ki, xarici valyutada satış əməliyyatı apardığı üçün cavab verməli olacaq.
MTN-in binasında Akif Çovdarovla görüşən həkim-inşaatçıdan 100 min dollar tələb olunur, lakin sonradan məbləğ 80 min dollara endirilir. Ertəsi gün N.Əliyev pulu, özünün dediyinə görə, şəxsən təqsirləndirilən generala təqdim edir.
Bu hadisənin üstündən bir neçə ay keçəndən sonra günlərin bir günü N.Əliyevin oğlu, “Texnikabank”ın direktor müavini işləmiş, bu epizod üzrə zərərçəkmiş kimi keçən Elton Əliyev atasına zəng edərək, MTN-də saxlanıldığını deyir. Oğlunu “içəridən” çıxarmaq üçün Akif Çovdarovla görüşən Nəsib Əliyevdən bu dəfə 500 min dollar tələb olunur. Sonradan məbləğ 350 min dollara endirilir. Vəkillərin suallarına cavab verən zərərçəkmiş bu pulun nəyə görə tələb olunması ilə bağlı suala cavab tapa bilmədi.
Lakin işlər bununla da bitmir. Daha sonra Nəsib Əliyevdən həmtəsisçisi olduğu, Yeni Yasamalda bina tikən şirkətdəki payını verməsi tələb edilir. Nəsib Əliyevin dediyinə görə, həmin binadan ona çatacaq 19 mənzil, 4 qaraj yeri və 250 kvadrat metr qeyri-yaşayış sahəsi MTN-in təqdim etdiyi siyahıdakı adamların adlarına keçirilir. Məsələnin maraqlı tərəfi odur ki. həmin 19 mənzil o vaxta kimi artıq satılıbmış və buna görə də, bu mənzillərin ikinci dəfə satışı baş tutur.
Akif Çovdarovun vəkilləri zərərçəkmişin diqqətinə çatdırdılar ki, eyni mənzilin bir neçə şəxsə satılması faktları Yeni Günəşlidə tikilmiş binada da rast gəlinib.
Zərərçəkmişin ifadəsindən sonra ayağa durmadan yerindən çıxış edən Akif Çovdarov burada deyilənlərin hamısının yalan olduğunu bildirdi.
Akif Çovdarovun sürücüsünə və yaxın qohumuna mənzil bağışlanıb
Bu epizod üzrə zərərçəkmiş qismində ifadə verən daha bir şəxs Nadir Feyziyev qeyd etdi ki, sözügedən 19 mənzildən başqa, Akif Çovdarovun yaxın adamlarına başqa binalardan iki mənzil bağışlanıb.
Belə ki, generalın sürücüsünə 130 kvadrat metrlik, kürəkəninin bacısına isə 125 kvadrat metrlik mənzil təqdim olunub. Vəkillər iddia üzrə Akif Çovdarovun sürücüsünün ifadə vermək üçün məhkəməyə dəvət edilməsini istədilər.
Məhkəmənin növbəti iclası çərşənbə günü, fevralın 15-nə təyin olundu
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses zərərçəkmiş Zakir Bədəlovun epizodu üzrə davam etdirilib.
Zakir Bədəlov qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. Onun sözlərinə görə, qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayev onu MTN vasitəsi ilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib: “Qohumum Zakir Mustafayev evimin birinci mərtəbəsində kafe açmağı təklif etdi. Mənə borc pul verdi. 2006-cı ildə 60 min, bir neçə ay sonra 30 min dollar verdi. İşləri tamamlaya bilmədiyim üçün əlavə 10 min dollar da verdi. Zakir Mustafayev pulları ayına 5% olmaqla qaytarmamı istədi. Mən də razılaşdım. Zakir Mustafayev dedi ki, Bakıxanov qəsəbəsindəki evini tikəndə ona 150 min dollar verərəm. Zakir Mustafayev ona verəcəyim pulu dayısı oğlu Abdul Həbibova verməyimi istədi. 125 min dollar Abdul Həbibova verdim. Sonra o zəng edərək yenidən məndən 150 min tələb etdi. Vermədikdə Zakir Mustafayev məni silahla hədələdi. Mən bankdan kredit götürüb, o pulu da verdim. Sonra məni MTN-dən Səlim Məmmədov çağırdı. Qonşum Tofiq Əliyev dedi ki, Səlim Məmmədovun yanına gedim. Mənə deyildi ki, Zakir Mustafayevə 200 min borcum var. Onu ödəməsəm ölkədən deportasiya ediləcəm. Şəxsiyyət vəsiqəmi əlimdən aldılar. Akif Çovdarov da mənim qohumumdur. Mən prrzidentə müraciət etdikdən sonra yenidən şəxsiyyət vəsiqəsi aldım”.
Məhkəmədə Zakir Mustafayev şahid qismində ifadə verib. O, Bədəlovun dediklərinin yalan olduğunu və qohumundan MTN-ə şikayət etmədiyini deyib: “Mən Akif Çovdarovla görüşməmişəm. Akif müəllimi vəzifədə olan 4-5 gürcüstanlıdan biri kimi tanımışam. Pulumu qaytarmadığı üçün Bədəlovdan MTN-ə şikayət etməmişəm”.
Şahid Mustafayev onu da qeyd edib ki, həmyerlisi olan Bədəlovun ona ümumilikdə 500 min dollar borcu olub. Mustafayev məhkəmədə söyləyib ki, həmin pulun 275 min dollarını ala bilib. Qohumlar arasında pul mübahisəsi hələ də davam edir. Mustafayev pul məsələsinə görə qohumuna silahla hədə-qorxu gəlməsi haqda deyilənlərin də doğru olmadığını söyləyib.
Akif Çovdarov da məhkəmədə Zakir Mustafayevi tanımadığını və görüşmədiyini deyib. Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Xəbərin oxunma sayı : 1183
Gündəm
Xəbərlər
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
TOP 10
ARXİV