Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı Arda ilə Aslıhanın barışması belə üzə çıxdı - Foto General Mədət Quliyevin portret cizgiləri – Baxış Ərdoğan ordunu döyüş vəziyyətinə gətirdi - Əmr
Axtar
 
  • / Sosial / — 23 May 2017

    Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı

  • / Maqazin / — 21 May 2017

    Arda ilə Aslıhanın barışması belə üzə çıxdı - Foto

  • / / — 19 May 2017

    General Mədət Quliyevin portret cizgiləri – Baxış

  • / Dünya / — 19 May 2017

    Ərdoğan ordunu döyüş vəziyyətinə gətirdi - Əmr

  • / Maqazin / — 18 May 2017

    Emin Ağalarov kinoda debüt edəcək

  • / Maqazin / — 16 May 2017

    Əmrahın bu fotosuna oğlu etiraz etdi

Akif Çovdarov vəkilinə 15 sutkalıq həbs cəzası istədi

Tarix 09.01.17, 18:35

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

İclas saat 11-ə təyin olunsa da, bu prosesin “adət-ənənəsi”nə sadiq qalaraq, gecikmə ilə başladı. Məlum oldu ki, təqsirləndirilənlərin altı vəkilindən prosesdə yannız biri – Səlim Məmmədovun müdafiəçisi Cavid Rzazadə iştirak edir. Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov digər vəkillərin də özlərini prosesə çatdırmaları üçün 15 dəqiqəlik fasilə elan etdi. Fasilə saat 12-yə qədər uzandı.



Bakı Hərbi Məhkəməsində İstanbul havası

Fasilədən sonra vəkillərin sayı 3-ə yüksəldi. Təqsirləndirilən Orxan Osmanovun vəkili Elxan Quliyev və təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı da prosesdə iştirak edirdilər. Lakin təqsirləndirilən Akif Çovdarovun üç vəkilindən heç biri yox idi.

Məhkəmənin katibi bildirdi ki, vəkillərdən Şahin Rəfiyev xəstədir və üzrlü səbəbdən iclasda iştirak edə bilmir. Digər vəkil Kamandar Nəsibov isə Yaponiyadan Azərbaycana İstanbul hava limanı vasitəsilə gəlməsi və Türkiyənin ən böyük şəhərində bir neçə gündür davam edən şaxtalı hava üzündən aviareyslərin təxirə salınması səbəbi ilə Bakıya vaxtında çata bilməyib. Çovdarovun üçüncü vəkili Sadiq Rəsulov isə məhkəmə heyəti üzvlərinin dəfələrlə zəng etməsinə baxmayaraq, telefonu açmırdı.

Beləliklə, hakimin daha bir fasilə elan etməkdən başqa çarəsi qalmadı – bu dəfə saat 14:00-a qədər.

Çovdarovun vəkillərinin “danışılmış oyun”u

Saat 14 oldu, amma qeybə çəkilən vəkillərdən heç biri gəlib çıxmadı. Əslində, hamı Sadiq Rəsulovun gələcəyini düşünürdü, belə ki, Çovdarovun digər iki vəkilinin gəlmə ehtimalı əvvəldən sıfıra bərabər idi.



Bu arada qeyd etmək lazımdır ki, vəkillərin belə hərəkətinin öncədən planlaşdırılmış olması istisna edilməməlidir. Çünki bu gün prosesdə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov ifadə verməli idi. Digər tərəfdən, T.Əhmədovun məhkəməyə gəlməyəcəyi təqdirdə, 8-ci kilometr bazarının qeyri-qanuni ələ keçirilməsi epizoduna da baxıla bilərdi. Hər iki epizod cinayət işinin əsas hissələrindən sayıldığından, Çovdarovun vəkil komandasının “lokomotiv”i Kamandar Nəsibov olmadan bu işlərə baxılmasının arzu edilməməsi tamamilə mümkündür.

Akif Çovdarov: “Onu da yazın üstümə”

Belə şərtlərdə iclasın başlanması mümkün olmadığından, zaldakıların hamısı anlayırdı ki, prosesin təxirə salınması qaçılmazdır. Bu vaxt hakim Həbib Həsənov və təqsirləndirilən Akif Çovdarov arasında səmimi və hamının gülüşlə qarşıladığı maraqlı dialoq baş tutdu:

Hakim: Akif müəllim, vəkilləriniz hardadır?

A.Çovdarov: Sonuncu dəfə keçən cümə axşamı görüşmüşəm. Xəbərim yoxdur.

Hakim: Belə olmaz axı, işi gecikdirirlər, prosesə mane olurlar.

A.Çovdarov: Prokuror bunu da yazsın üstümə, əlavə edin ittihama.

Hakim: Gərək Kamandar müəllimə icazə verməyəydiniz Yaponiyaya getməyə.

A.Çovdarov: Kamandar sözə qulaq asır ki? Cənab hakim, “stop” verin, Bakıya gələndə tutub 15 sutka salsınlar içəri.

Məhkəmə çərşənbə günü, yanvarın 11-nə təxirə salındı.






Xəbərin oxunma sayı : 127

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda