İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi Müğənni Nüşabə Ələsgərli qəza törədib
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

  • / Maqazin / — 12 Sentyabr 2017

    “5 yaşında nəvəm var” - Roza Zərgərli

AKP-də çalxalanma:Gül yeni siyasi hərəkat yaradır, Davudoğlu isə AKP-nin “nüfuz intiharı”ndan danışır – Təhlil

Tarix 18.08.17, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


Stanislav Tarasov

regnum.ru, 16.08.2017


Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) qurulduğu günün növbəti ildönümünü qeyd ediblər. Xatırladaq ki, ƏİP 2001-ci il avqustun 14-də yaradılıb. 2002-ci ilin noyabrında seçicilərin 34,28% səsini toplayaraq hakimiyyətə gəlib. Obyektivlik xatirinə qeyd edək ki, o zaman az adam bu faktı islamçılığın “qisası” kimi qəbul edib, amma yaxşı məlum idi ki, ƏİP-in bəzi qurucu ataları klerikal dairələrlə sıx bağlı idilər. Partiyanın proqramına görə fikir yürüdülsə, onu ideologiyasında iqtisadiyyata liberal yanaşma ilə siyasi, ideoloji və dini  sahədə ənənəvi mühafizəkarlığın çulğaşdığı Avropa tipli “liberal-mühafizəkar” yönlü qüvvə kimi səciyyələndirmək olardı.

Tezliklə aydınlaşdı ki, Ədalət və İnkişaf Partiyası kamalçılığın bəzi təməl əsaslarından imtina niyyətindədir. Amma hansı yöndə? 2010-cu ildə Anayasaya Ərdoğanın ordunun siyasətə müdaxiləsini məhdudlaşdıran, Anayasa Məhkəməsinin strukturunu dəyişən və hakim və prokurorların təyini ilə bağlı prezidentə əlavə səlahiyyətlər verən  düzəlişləri qəbul edildi. Bir tərəfdən, sanki Türkiyənin avtoritarizmə sarı meylləndiyindən danışmaq olardı. Digər yandan, Ankara Brüsselin tövsiyələrini ardıcıl şəkildə izlədi, ciddi şəkildə AB-yə inteqrasiyaya hazırlaşdı, vətəndaş azadlıq və hüquqlarına böyük zəmanətlər meydana çıxdı, ölkədə insan haqları üzrə müvəkkil institutu yaradıldı. Milli və dini azlıqlarla bağlı məsələ çözülməyə başlandı: ölkədə yaşayan kürdlər, şiə ələvilər, xristian və musəvilərin hüquqları genişlədirildi, dini icmalarının mülkiyyəti qaytarıldı.

Bu cür tərpənişlər ciddi iqtisadi uğurlara əsaslanırdı: Türkiyənin ÜDM-i 2010-cu ilədək hər il 3,6% artıb, kəsir kəskincəsinə 600 milyard dollardan 48 milyard dollara düşüb, BVF-a borc kəskin şəkildə azalıb, Ankara Fondla yeni sazişlər isə bağlamayıb. 2002-ci ildə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 26,5 milyard, 2011-ci ildə 92,2 milyard dollar təşkil edib, inflyasiya ÜDM-in 32%-dən 9%-ədək düşüb.

O illərdə Türkiyədə olanlar qeyd etməyə bilməzdilər ki, ölkə necə sürətlə dəyişir: yeni avtomagistrallar meydana çıxdı, aeroport, mehmanxana, sənaye zonalarının sayı iki dəfə artdı, ciddi infrastruktur layihələri və s. yarandı. Bütün bunlar “Böyük iyimilik”də yer tutan Türkiyənin beynəlxalq nüfuzunun kəskin şəkildə artmasına səbəb oldu – hələ ƏİP liderlərinin, birinci növbədə Ərdoğanın rol və nüfuzunu demirik. Düzdür, elə o zaman bəzi ekspertlər partiyanın islamçılığa sarı mümkün təkamülü haqda gümanlar dilə gətirirdilər, lakin bu cür nəticələr “analitik ekzotika” kimi qəbul edilirdi, çünki ƏİP-in uğurlarının əksəriyyəti hər şeydən əvvəl müsəlman ölkəsində Avropa tipli demokratik mexanizmlərin işləkliyi kimi qavranırdı və Türkiyədə bunun zamini kimi əvvəllər həmişə ordu çıxış edib. ƏİP bununla bağlı Brüsseli əmin edə bildi ki, ordunun yüksək siyasi rolu Avropa tipli islahatların davamını əngəlləyir, bu da qəbul edildi. Amma Brüssel sonra partiya aparatı daxilində “yumşaq islam”a doğru meyli “gözdən qaçırdı”, yeni osmançılıq doktrinasının faktiki silahlanmaya alınmasını – Türkiyə nüfuzunun keçmiş Osmanlı imperiyasının, az qala, bütün sərhədlərində möhkəmləndiyini sakit qəbul elədi. 2011-ci ilin əvvəlində Yaxın Şərq və Şimal Afrikada alovlanmış “ərəb baharı”nı Türkiyə və onun Qərb müttəfiqləri əvvəlcə fərqli şəkildə qəbul etdi. Qərbdə islam ölkələrindəki avtoritar rejimlərin “demokratikləşdirilməsi”nin gərəkdiyi haqda danışırdılar. Türkiyə isə özünü Qərb layihəsinin uğurlu gerçəkləşdiricisi kimi aparmaqla özünü bölgədə birinci və əsas mövqeyə irəli sürməyə başladı.

Qeyd edək ki, hakim ƏİP-in tərkibi bu dövrdə daim dəyişib. Düzdür, bu partiyanın üzvlərinin qeydiyyatı heç vaxt səsləndirilməyib, amma müşahidələrimizə əsasən, məhz “ərəb baharı”nın başlandığı və Ankaranın buna fəal cəlb edildyi anda ƏİP-də ixtilaf və səndələmə prosesi başlanıb. Ölkənin müəyyən tarixi dövrdə verilmiş Avropayönlü kursu hələ də izləməli olduğunu hesab edən liderlər qrupu meydana çıxıb, lakin ölkənin AB-nin açıqca eyham vurduğu “qaçılmaz şəkildə” federallaşdırılması haqda əndişələr də ifadə olunub.

Başqa qrup hesab edib ki, yeni osmançılıq siyasəti yürütmək lazımdır, federallaşmadan yayınmağa nail olunmasa, bu, təkcə “Türkiyənin daxilində” deyil, ümumbölgəsəl və Ankaranın nəzarətində olmalıdır. 2013-cü il Türkiyənin ən yeni siyasi tarixində əlamətdar il olub. Hökumətin siyasi və iqtisadi uğurlar konveyeri çaş-baş vurmağa başlayıb. 2013-cü il mayın axırı, iyunun əvvəli İstanbulun şəhər parklarından birində ağacların mümkün doğranması ilə bağlı etiraz aksiyaları ilə başlanmış kütləvi iğtişaşlarla yadda qalıb.

Daha bir zərbə elə həmin ilin dekabrında baş tutub. Ölkədə aydın səmadakı ildırım kimi bu gedişatda prokurorluğun verdiyi orderlər əsasında ölkənin ən böyük banklarından biri – “Xalqbank”ın baş direktoru və ölkə hökumətinin üç nazirinin oğullarının həbs edildiyi rüşvət qalmaqalı qopub.

ƏİP başkan müavini Hüseyn Çəlik 2014-cü ilin yanvarında qalmaqallı bəyanatla çıxış edib – buna əsasən, Türkiyə prezidenti Ərdoğan olmalıydı, amma buna qədər deyirdilər ki, fəaliyyətdəki prezident Abdulla Gül prezident postuna öz namizədliyini təkrar irəli sürə bilər. Hesab olunur ki, ƏİP aparatının müxalif Cümhuriyyət Xalq Partiyası ilə alyansda partiyadaxili çevriliş hazırlayan qisminin Türkiyənin Suriya böhranına qatılmasına mənfi qıcığı bu cür bəlirlənib. Yeri gəlmişkən, hərbçilərin “Müsəlman qardaşlar”ı hakimiyyətdən uzaqlaşdırdığı Misirdəki ssenari üzrə Türkiyədə çevriliş imkanları haqda məlumatlar məhz o zaman meydana çıxıb.  

Türkiyədə həqiqətən çevriliş cəhdi 2016-clı il iyulun 15-də yer alıb, amma uğursuz çıxıb. Bundan sonra ölkədə dövlət hakimiyyətinin praktik olaraq bütün strukturları, kütləvi informasiya vasitələri, partiyalara toxunan kütləvi repressiyalar başlanıb. İndi sıra ƏİP-indir. Ölkə prezidenti və partiya rəhbəri Ərdoğan bildirib ki, “ƏİP-in irimiqyaslı dəyişikliklərə ehtiyacı var”, “siyasi mübarizədən yorulanlar isə partiya sıralarını tərk etməlidirlər”.

O, eyni zamanda ƏİP sıralarındakı “Fətulla Gülən hərəkatı tərəfdarlarına qarşı kampaniyaya başlamağa” çağırıb. Həmçinin məlum olub ki, Türkiyə kəşfiyyatı partiyaçıların şəxsi işlərinin özəl araşdırılmasına başlayıb.

Aydındır ki, bu, ƏİP-in görkəmli üzvlərində uyğun qıcıq doğurub. Deməli, Türkiyənin keçmiş baş naziri və ƏİP üzvü Əhməd Davudoğlu bildirib ki, partiyası öz dəyərlərindən sürətlə uzaqlaşır, bununla da “nüfuz intiharı” həyata keçirir.

Gül öz növbəsində üzürlü bəhanə ilə ƏİP-in 16 illiyinə həsr edilmiş tədbirə qatılmaqdan imtina edib ki, bu da partiya içində bəlirlənmiş ilk demarş kimi qəbul edilir. Türkiyə ekspertlərinin fikrincə, Gül hansısa layihənin – ya yeni siyasi hərəkatın yaradılmasına, ya da ƏİP-də parçalanmanın əməli gerçəkləşdirilməsinə girişib.

Cavab nə olacaq? Baxışımızca, Ərdoğan çətin ki keçmiş prezident və keçmiş baş nazirə münasibətdə cəza işlətməyi qət edər, lakin onun Yaxın Şərq və Şimal Afrikanın təməlçi-dindar gücləri ilə əməkdaşlığa yön götürməsi ƏİP-in klassik tipli partiyadan hansısa bir yeni, nüfuzlu dərviş təriqətinə transformasiyasına şərait yarada bilər ki, bu da Türkiyə üçün strateji maraqlar ifadə edən bütün bölgələrdə Türkiyə xüsusi xidmətlərinə tabe şəbəkə və özəklər formalaşdırmağa, yeni xilafət layihəsini yeritməyə imkan verər. Təsadüfi deyil ki, ƏİP daxili və xarici siyasət problemlərini ümumpartiya müzakirəsinə çıxarmağı tərgidib, partiya üzvlərinə isə artıq dar çevrədə qəbul edilmiş bu və ya digər qərara sadəcə mexaniki səs vermək təklif olunur.

Heç nəyi istisna etmək olmaz.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 841

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda