Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Aleksandr Lukaşenko: “İlham Əliyev əsl dostdur, hansı ki, həmişə güvənmək olar“

Tarix 26.11.18, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


Belarusun ümummilli televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfəri haqda reportaj hazırlayıb

Virtualaz.org bildirir ki, telekanal Aleksandr Lukaşenko ilə İlham Əliyevin, həmçinin Azərbaycan və Belarus nazirlərinin danışıqlarının unikal kadrlarını yayıb.

Reportajın müəllifləri Aleksandr Lukaşenkonun İlham Əliyevi necə isti qarşılayıb yola salmasına xüsusi diqqət yetiriblər. Aparıcı həmin kadrlar barədə deyib ki, burada yalnız "şərhsiz" ifadəsindən istifadə oluna bilər.

"Əsl dostdur, hansı ki, həmişə güvənmək olar", - Aleksandr Lukaşenko İlham Əliyev haqqında bir neçə dəfə belə deyib, deyə aparıcı davam edib.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/5tI-5eW0r2U" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>


Reportajda vurğulanır ki, mürəkkəb dövrdə, 2011-ci ildə, Azərbaycan nefti Belarus neft emalı zavodlarına (NEZ) daxil oldu. Bundan başqa, Rusiya ilə kəskin energetika mübahisələri zamanı Belarusu ekspress-kreditlə məhz Azərbaycan dəstəklədi...

Reportajda deyilir ki, “iki ölkənin liderlərindən nazirlər də nümunə götürürlər. Hələ ki Əliyev və Lukaşenko "təkbətək" danışıqlar aparırdılar, iki ölkənin nazirləri öz aralarında ünsiyyət saxlayırdılar. Məlum oldu ki, Belarus FHN-in başçısı Vladimir Vaşenko Kəmaləddin Heydərovla yaxşı tanışdır. Onlardan bir az aralıda iki yaxın ölkənin Xarici İşlər nazirliklərinin başçıları əla əhval-ruhiyyədə dialoq aparırdılar. Elmar Məmmədyarov etiraf etdi ki, hətta onların həyat yoldaşları da öz aralarında dostluq edirlər”.

Jurnalistlər həmçinin çoxdan Minskdə yaşayan bərpaçı-rəssam Heydər Əliyevdən müsahibə alıblar. O, Belarusu özünün ikinci evi adlandırır və iki ölkənin arasında belə möhkəm dostluğa şaddır.

Reportajda daha nələrdən bəhs olunur?

Buyurun, özünüz baxın…









Xəbərin oxunma sayı : 244




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap