“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanıldı – Onu qarşılamağa gələnlər də həbs olundu

Tarix 18.01.21, 8:46

Font ölçüsü : - / +
bitmap-img6


Kremlin tənqidçisi Aleksey Navalnı Rusiyaya çatan kimi, həbs edilib.

AzFakt.com “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, həbsə səbəb Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib.

O, hazırda 3,5 il həbs cəzası ala bilər.

Bundan əlavə, Rusiyanın İstintaq Komitəsi Navalnı barədə iki əlavə cinayət işi açdığını bildirib.

Planlarını elan edərkən Navalnı həbs ediləcəyi ilə bağlı hədələrin onu sürgünə məcbur etmək cəhdi olduğunu deyib.

“Vnukovo” hava lımanına Navalnını qarşılamağa gələnlər də saxlanılıb. Məlumata görə, saxlananlar arasında Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşları Lyubov Sobol və Ruslan Şaveddinov, bundan başqa, yeni azadlığa buraxılan keçmiş siyasi məhbus Konstantin Kotov və Navalnının qardaşı Oleq Navalnı da var.

Navalnının olduğu təyyarə yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Təyyarədə olan jurnalistlərin suallarına cavab verən Navalnı həbs oluna biləcəyini istisna etməyib.

Başqa belə xəbərdarlıqlar Rusiyanın müxtəlif şəhərlərindən qarşılama üçün Moskvaya yola düşmək istəyənlərə də edilib.

Xatırladaq ki, 2020-ci il avqustun 20-də Tomskdan Moskvaya uçduğu təyyarədə Aleksey Navalnının səhhəti kəskin pisləşib. Vəziyyəti kritik olduğundan, təyyarə Omsk hava limanına təcili eniş edib. Bir müddət yerli xəstəxanada qaldıqdan sonra o, xüsusi təyyarə ilə Almaniyaya aparılıb. Berlindəki “Charite” klinikasında 32 gün intensiv müalicə olunub.

Sentyabrın 2-də alman həkimlər üç müxtəlif laboratoriyanın nəticələrinə istinad edərək, Navalnının “Noviçok”la zəhərləndiyini bəyan ediblər.



Xəbərin oxunma sayı : 856




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap