Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ali Baş Komandan əmr verdi - Baş qərargahdan iki general istefaya göndərildi

Tarix 28.03.17, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Prezident, Ali baş komandan İlham Əliyevin əmri ilə ordudan istefaya göndərilən yüksək rütbəli hərbçilərin bəzilərinin adları mətbuata sızıb.

AzFakt.com virtualaz.org-a istinadən xəbər verir ki, istefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib. Bu haqda Müdafiə Nazirliyinə yaxın “AzeriDefence” portalı bildirir.
İstefaya göndərilənlər arasında daha iki yüksək vəzifəli generalın olduğu məlumdur. Onların barəsində məlumat dəqiqləşdirilir.
Qeyd edək ki, istefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi olmuşdu. Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olundu.
Orucovdan əvvəl həmin vəzifəni general Eyvaz Cəfərov tuturdu, kadr dəyişikliyinə əsasən Cəfərov Baş qərargah rəisinin 1-ci müavini oldu.
***
Bu gün martın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə müşavirədə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə Müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.
Lakin istefaya göndərilən yüksək rütbəli hərbçilərin adları açıqlanmır. Onların bəzilərinin adları hərbi qaynaqlardan virtualaz.org-a daxil olub, hazırda məlumatı dəqiqləşdirməyə çalışırıq.









Xəbərin oxunma sayı : 853




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap