Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ali məktəblərə qəbulun keçid balları açıqlandı - Rəsmi

Tarix 28.03.17, 22:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı tələb olunacaq müsabiqə şərtləri açıqlanıb. 

AzFakt.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya açıqlamasında bildirib ki, 
I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), 
II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), 

III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10dan az olmayan), 

IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: "Belə ki, I qrupun "Riyaziyyat”, "Fizika”, "Nəqliyyat tikintisi mühəndisliyi, "İnşaat mühəndisliyi”, "İnformasiya texnologiyaları mühəndisliyi”, "Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), "Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap