“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Alkoqol və qadınlara görə klublardan qovulub: “Neftçi”nin yeni baş məşqçisinin qalmaqallı bioqrafiyası - FOTO

Tarix 22.06.22, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Uzun müddətli axtarışlardan sonra “Neftçi” nəhayət ki, baş məşqçi təyinatını gerçəkləşdirib.

“Qafqazinfo” xəbər verir ki, Vitali Vernidub, Ertoğrul Sağlam və Viktor Qonçarenko kimi mütəxəssislərin adları hallansa da, klub rəhbərliyi sürpriz edərək rumıniyalı Laurentsiu Reqekampfı posta gətirib. 

İlk baxışdan onun karyerası uğurlu görünür. Məsələn, Buxarest “Styaua”sını UEFA Avropa Liqasında 1/8 finala qədər daşıyıb. İşlədiyi Asiya ölkələrinin klublarında da uğursuz olmayıb. Taktiki baxımdan da Rumıniyada xüsusi biliyə məxsus biri kimi tanınır. 

Lakin Reqekampf ölkəsində daha çox şəxsi həyatı ilə müzakirə olunub. Belə ki, çalışdırıcı Rumıniyanın ən tanınmış agentlərindən biri Anamaria Prodanla evli olub. Anamaria həm də menecerliyini ona həvalə edib. Güclü əlaqələri sayəsində Prodan onu müxtəlif klublara aparıb və karyerasında rol oynayıb. 

Lakin 2018-ci ildən cütlük arasında münasibətlər pisləşməyə başlayıb. Buna səbəb isə məşqçinin alkoqol aludəçisi olması və tez-tez qızlarla əyləncələr təşkil etməsi, bunun karyerasına təsir etməsi olub. O, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəsl” klubundan gecə əyləncələrinə görə qovulur. 

Daha sonra Səudiyyə Ərəbistanının “Əl Əhli” klubundan da bu hallara görə yolu ayrılır. Artıq Asiyada “iz qoyan” çalışdırıcı məcbur ölkəsinə qayıdır. “Universitatya” (Krayova) klubu ilə anlaşan məşqçinin sonradan rəhbərliklə münasibətləri korlanır. Krayova təmsilçisinin sahiblərindən biri olan Mihay Rotaru içkili halda görüntüləri yayılan çalışdırıcını klubdan qovmaq qərarına gəlir. 

Hətta 2015/2017-ci illərdə “Styaua”da işləyərkən o bu cür əməllərinə görə Cici Bekali tərəfindən klubdan uzaqlaşdırılır. Lakin həmin vaxt xanımı onu bu əməllərindən çəkindirməyə çalışır. 

Son 4 ildə çalışdığı bütün klublardan da eyni səbəbdən qovulur. 

Nəhayət, bu problemlərdən sonra Anamaria Prodan onunla ayrılmağa qərar verir. Rumıniya mediası Reqekampfın hazırda ölkənin ən məşhur eskort fahişələrindən olan Korina Kaçyukla münasibətdə olduğunu iddia edib.


Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərində, İngiltərədə, İtaliyada, Fransada və Almaniyada kifayət qədər məşhur olan Korina çalışdırıcının ad-sanından istifadə edir. Həmçinin onun maddi imkanlarından yararlanır. Nəticədə artıq Rumıniyada da məşqçiyə etimad göstərilmir. Son illərdə istər dünya, istərsə də, rumın mətbuatında Laurentsiu Reqekampf haqqında onlarla xəbər dərc olunub. Həmin xəbərlərin çoxu onun içki aludəçisi və qadınlarla münasibətlərindən bəhs edir. 



Xəbərin oxunma sayı : 2029




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap