Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Allahşükür Paşazadə: “Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyirik”

Tarix 23.11.17, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


"Dinlərin müqəddəs ideallarının adam öldürməklə, zor tətbiqi ilə əlaqələndirilməsi nəticəsində müsəlmanlar, xristianlar həlak olurlar, məscidlər və kilsələr dağıdılır. Dünyanın müxtəlif regionlarında inanclı insanların ekstremist və terrorçu kimi qələmə verilməsi cəhdlərinin davam etdirilməsi bizi çox narahat edir"

APA-nın verdiyi məlumata görə, bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O, islamın mahiyyətinin bilərəkdən təhrif edildiyini vurğulayıb: "Biz İŞİD-i və bu cür terrorçu birlikləri, təkfirçiləri, öz maraqlarına çatmaq üçün islamı pərdə kimi istifadə edərək parçalayanları qətiyyətlə qınayırıq. Bununla əlaqədar Rusiyanın "İslam Dövləti" psevdonimi altında fəaliyyət göstərən, öz fəaliyyəti ilə dünya dininin adına ləkə gətirən İŞİD-ə qarşı keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyirik. Əminəm ki, ekstremizmə, radikalizmə qarşı mübarizə ancaq dövlətlərin, ictimai-siyasi xadimlərin və dini birliklərin birgə səyləri nəticəsində mümkün ola bilər. Gənclərimizi ənənəvi dini dəyərlər və tolerantlıq ruhunda tərbiyə edərək biz, dinlərarası razılığı və millətlərarası həmrəyliyi dəstəkləyə bilərik".



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap