Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Almaniya Türkiyəyə silah satışının böyük qismini dondurub

Tarix 12.09.17, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Türkiyəyə silah ixracatının böyük hissəsinin dondurulduğunu açıqlayıb.

Reutersyazır ki, nazir Gabriel “(Silah ixracatına dair) Türkiyənin bizə göndərdiyi bütün böyük tələbləri qarşılamağı, ki bunların sayı az deyil, dondurduq”, deyib.

Reuters qərarın Türkiyədə pisləşməyə gedən insan hüquqlarının vəziyyəti və pozulan münasibətlər səbəbindən verildiyini yazıb.

Açıqlama, Almaniyanın iqtisadiyyat qəzeti Handelsblatt-ın bazar ertəsi günü keçirdiyi bir panel zamanı verilib.

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Schaefer daha erkən saatlarda keçirdiyi bir mətbuat konfransında ötən həftə sonu Türkiyədə bir alman cütlüyün həbs edildiyini düşündüklərini söyləyib.

Hakimiyyətdə koalisiyanın ortağı olan Sosial Demokratların (SPD) keçmiş lideri olan Sigmar Gabriel, əgər bir NATO üzvü tələb edərsə, Berlinin silah göndərməkdə borclu olduğunu xatırladıb, amma hazırda bunun mümkün olmadığını deyib.

Gabriel, silah ixracının, beynəlxalq müqavilələrlə qəbul edilməsi və ya silah əvəzinə avtomobil tələb edilməsi kimi müstəsna hallarda mümkün olacağını deyib.

Ankara və Berlin arasındakı münasibətlər xüsusilə 2016-cı ildə 15 İyul dövlət çevrilişi cəhdindən sonra gərginləşib.

Türkiyə, Almaniyanı çevrilişdə şübhəlilərə qucaq açmaqla günahlandırır, Almaniya isə Türkiyədəki ikili vətəndaşlığı olanların sərbəst buraxılmasını istəyir.

Ən son, hər iki ölkə qarşılıqlı olaraq vətəndaşlarına səyahət xəbərdarlığı etmişdi.

Bundan sonra isə Almaniyanın baş naziri Angela Merkel türk vətəndaşlarına Almaniyaya gəlməyə çağırıb.

Merkel, “Burada heç bir jurnalist həbs olunmur. Jurnalistlər saxlanılmır. Burada ifadə azadlığı və qanunların aliliyi var. Bununla fəxr edirəm” deyib (BBC).



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap