Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Almaniyanın sabiq prezidentinin oğlu qətlə yetirilib- Cinayət işi açılıb

Tarix 20.11.19, 11:48

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın sabiq prezidenti Rixard von Vaytszekkerin oğlu Fritz von Vaytszekker bıçaqlanaraq qətlə yetirilib.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, Fritz von Vaytszekker Berlin xəstəxanasında mühazirə oxuyarkən bıçaqlanıb.

Polisin yaydığı məlumata görə, sabiq prezidentin 59 yaşlı oğlu işlədiyi Schlosspark xəstəxanasında mühazirə oxuyarkən hücuma məruz qalıb.

Fritz von Vaytszekker aldığı bıçaq xəsarətindən ölüb. Polis mühazirədə iştirak edənlərin köməyi ilə hücum edən şəxsi saxlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Fritz Vaytszekkerin tibb sahəsində uzunmüddətli karyerası olub. Belə ki, o, 2005-ci ildə Schlosspark xəstəxanasında işləməyə başlamazdan əvvəl Freyburq, Boston və Zürixdə işləyib.

Fritz 1984 – 1994-cü ildə Almaniya prezidenti olmuş və 2015-ci ildə vəfat edən Rixard von Vaytszekkerin 4 övladından biridir.




Xəbərin oxunma sayı : 574




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap