Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Almanlar ingilislərlə bacarmadı, Türkiyə altı qolla qalib gəldi - VİDEO

Tarix 08.06.22, 8:47

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

AzFakt.com xəbər verir ki, turun maraqla gözlənilən oyununda dördqat dünya çempionu Almaniya son Avropa çempionatının finalçısı İngiltərə ilə qarşılaşıb. Hər iki komanda ilk qələbəsini qazanmaq məqsədilə meydana çıxıb. Almaniya millisi oyuna qadınlardan ibarət millinin forması ilə qatılıb. Hans Flikin yetirmələri bu jestlə iyulun 6-da startı veriləcək qadınlar arasında Avropa çempionatı ərəfəsində əks cinsdən olan həmkarlarına dəstək nümayiş etdiriblər.

Qarşılaşmanın nəticəsinə gəldikdə isə almanlar oyun ərzində bir qolla üstün olsalar da, son dəqiqələrdə vurulan penalti sayəsində ingilislər hesabı bərabərləşdirib və məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar - 1:1.

İlk oyununda 4:0 hesabı ilə qalib gələn Türkiyə millisi paytaxt Vilnüsdə Litvanın qonağı olub. Səfərdə rəqibinə daha çox qol vuran türklər qrupdakı liderliklərini möhkəmlədiblər - 0:6.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

Almaniya – İngiltərə 1:1


İtaliya – Macarıstan 2:1


B Liqası

3-cü qrup

Bosniya və Herseqovina – Rumıniya 1:0

Finlandiya – Monteneqro 2:0


C Liqası

1-ci qrup

Farer adaları – Lüksemburq 0:1

Litva – Türkiyə 0:6







Xəbərin oxunma sayı : 1222




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap