Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Amerika prezidenti Suriya-Türkiyə-Ukrayna qambitinə başlayır: Suriya Türkiyəyə verilir, Ukraynada Rusiyaya qarşı ikinci cəbhə açılır – Təhlil

Tarix 24.12.18, 18:35

Font ölçüsü : - / +
bitmap-img6


Eduard Birov

regnum.ru, 23.12.2018


Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq, orada aviazərbələri dayandırmaq və Əfqanıstanda kontingenti azaltmaq niyyəti sanki şoumen Donaldın “aşırmaları”na  alışmış dünya informasiya meydanını partladıb və Amerika cəmiyyəti içində (amerikalıların xaricdə baş verənlərə maraqsız olduğu haqda mif üzərinə) duyğu qasırğası törədib.

Qasırğanın ilk qurbanı Pentaqonun Suriya üzrə prezidentlə razılaşmamaq üzündən istefa verən başçısı olub. Trampın “Twitter”ində və Amerika KİV-lərində “satqınlıq” haqda qulaq batıran fəryad var və gizlətmirəm, bunu oxumaq dedikcə xoşdur. Qərbin bu qədər ağrılı qıcığı anlaşılandır: ABŞ öz qoşunlarını haçansa və əgər (hər iki söz böyük “kapslok”la) Suriyadan doğrudan da çıxaracaqsa, bu, nadir tarixi hadisəyə çevriləcək – hətta Vyetnam kampaniyasının bitməsindən də. ABŞ-ın Suriyadan gedişi yeni dönəmi – hegemonsuzluğu rəmzləşdirən örnək olacaq. Məsələ hətta Yaxın Şərqdə sırf hərbi bölgüdə də deyil (Suriyadakı 2 min  döyüşçü ABŞ-ın İraqdakı iştirakı, Fars körfəzində, Əfqanıstandakı bazaları ilə tutuşdurulası deyil), bunun insanlıq tərəfindən anlayış səviyyəsində necə tutuşdurulmasındadır – quldurbaşının zəifliyinin üzə çıxması kimi. Bu, qalibin deyil, məğlubun gedişidir. Hətta “Akella yanılmayıb”, Şerxan quyruğunu qısaraq həsdəyib (Akella – yalquzaq, Şerxan – pələng, Redyard Kiplinqin “Mauqli” əsərindəki personajlar-red.). ABŞ-ın üstünlüyü daha çox gücə söykənirdi və budur, bu güc zəifliyə çevrilib.

Lakin bütün bunlar yalnız Trampın bəyanatı əgər və haçansa – təkrar edirəm – gerçəkliyə çevrilərsə, düzdür. Buna isə böyük şübhələr var. Rusiya rəhbərliyinin bütün təmsilçiləri təsadüfən bu ruhda danışmırlar ki, əvvəlcə baxaq, doğrudan da çıxacaqlarmı, yoxsa dəfələrlə söz verib və etməyiblər. Əslində, belə vədlərə yeganə düzgün reaksiya da elə budur. Nəhayət, artıq biz özümüz də qoşunların çıxarılması haqda elan etmiş, bundan sonra hərbi bazaların on illərlə iştirakı haqda anlaşaraq Suriyada mövqeyimizi bərkitmişik. Və bu, Böyük Oyunda normal davranışdır.

Amma hələlik ABŞ-ın niyyətlətinin gerçəkliyi haqda dalbadal qalmaqallı xəbərlər gəlir – məsələn, Suriyada ət-Tənf bölgəsində hərbi bazanın bağlanması haqda. Təəccüblü deyil ki, belə xəbərlər Rusiyanın daxilində trampçı adlananlarda, ABŞ və Rusiya arasında Böyük Saziş tərəfdarlarında  ruh yüksəkliyi doğurub. Onlar bunu təcridçi Trampın ABŞ hegemoniyasını yığışdırmaq üzrə çoxdankı planlarının gerçəkləşdirilməsi və qarşılıqlı güzəştlər yoluyla Moskva ilə münasibətlərin yoluna qoyulması kimi dəyərləndirirlər. Doğrudan da, Suriya belə niyyətlərin ciddiliyinin, az qala, əsas markeridir.

Lakin Trampın qərarından bəzi ekspertlərdə əsla eyforiya doğmayıb.  Misalçün, Trampın məşhur tərəfdarı Pyotr Akopov yazır: “Mettisin istefası bizim teleidioatlar (“ekspertlər”) üçün sadə, amma xoşagəlməz şeyi təsdiqləyir – Tramp millətçi və antikürəsəlçidir, yeni təcridçi və antimüdaxiləçidir… Çünki teleidiotlar isteblişmentin gerçək imperialist, kürəsəlçi hissəsiylə tamamilə başqa bir Tramp arasındakı fərqi görmürlər”.

Buna baxmayaraq, gerçəklikdə hər şey daha qəliz, Rusiya və özəlliklə trampçılar üçün daha pis çıxa bilər. Bundan başlayaq ki, Pentaqona “quduz köpək” Mettisin yerinə arkanzaslı senator Tom Kotton, ya da Cənubi Karolinadan senator Lindsi Qrem başçılıq edə bilər. Bu  da, o biri də yeni mühafizəkar, qırğı, mərhum Con Makkeynin tərəfdarıdır. Birbaşa deyək, özünəməxsus “yeni təcridçilərdir”.

Amma başqa bir məsələ daha önəmlidir. Görünür, Trampın qərarı Türkiyə ilə sövdələşmənin nəticəsi olub. Heç olmasa, sadəcə, son hadisələrin ardıcıllığı buna təhrik edir. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan dekabrın 17-də xəbərdarlıq edib ki, Türkiyə silahlı gücləri ən yaxın zamanda YPG kürd bölmələri və Suriya Demokratik Qüvvələrinə qarşı hücuma başlaya bilər. Dekabrın 18-də axşam ABŞ Dövlət Departamentində bildiriblər ki, Türkiyənin 140 “Petriot” raketi alacağı bəyənilib – S-400-lərin alqısından sonra Ankaranın aşkar antiruisya gedişi (hətta bunları amerikalılara göstərməyə hazırlaşdıqları haqda fitnəkar şayiələrə fikir verilməsə də).

Və artıq dekabrın 19-da Ağ Evin mətbuat katibi Sara Xakabi Sanders bildirib ki, ABŞ “Amerika əsgərlərini Suriyadan vətənə qaytarmağa başlayıb”. Türkiyə Mənbic bölgəsində və Fəratın şərq sahilində Suriya kürdlərinə qarşı əməliyyat hazırlandığını növbəti gün artıq hətta gizlətmirdi də. Aydındır ki, ABŞ öz qazancı xatirinə kürdlərə növbəti dəfə xəyanət edib. Necə?

Yada salmağına dəyər ki, Vaşinqton və Ankara arasında sövdələşmə haqda ilk xəbər oktyabrda meydana çıxıb – NBC telekanalı məlumat verib ki, ABŞ və Türkiyə iqtisadi basqının zəiflədilməsi əvəzində pastor Əndryu Bransonun azad edilməsi haqda anlaşıb. Oktyabrın 12-də pastoru doğrudan da buraxdılar, amma Ərdoğan bunadək onu qorxulu terrorçu və Gülənlə əlbir adlandırmışdı. Türkiyənin maliyyə bazarı o vaxtdan bəri də tədricən özünə gəlməyə başlayıb, lirə yüksəlib, ancaq Türkiyə Mərkəzi Bankının məlumatına görə, əvvəllər, 2018-in qabaqkı üç rübündə 4,2 milyard $ məbləğdə xarici vəsaitin ölkədən axını baş vermişdi. Yalnız müstəqil iqtisadiyyatın, ya da valyuta ehtiyatlarının xilas etdiyi sözəbaxmaz ölkələrdə dollar sisteminin maliyyə böhranları törətməkdə çoxdan məlum üsulu.

Bu qayda ilə yüksək ehtimalla güman etmək olar ki, Tramp Moskvanın 2016-da Amerika nəzarətindən çıxarmağa nail olduğu Türkiyəni “ələ keçirmək” bahasına Suriyadan çıxıb (ya da çıxmağı yamsılayıb). Bir də Ankara hələlik açıq antirusiya siyasətini təzələməyib və Ərdoğan iki kürsüdə əyləşmək üçün var gücünü qoyur, amma amerikalılar belə davranışa dözməyəcək və tezliklə daha çox itaət tələb edəcəklər. Həm də  Türkiyənin Suriyada güclənməsi hökmən iştahanın artması və şərtləri diktə etmək istəyinə gətirəcək – elə İdlib üzrə. Bu da Rusiyanın maraqlarilə yenidən ziddiyyətə girə bilər.

Bundan başqa, Ukraynada pravoslavlığın parçalanması üçün Varfolomeyin fəaliyyətində Ankaranın özəl roluna diqqət yetirməyinə dəyər – onun Türkiyədən asılılığı nəzərə alınmaqla. Dövlət katibi Pompeonun Kiyev təfriqəçisi Yepifaniyaya açıq zəngindən sonra prosesin əsil sifarişçisinin kim olduğu artıq gizlədilmir. Amma amerikalılar bunu Türkiyəsiz başa çatdıra bilməzdilər. Vladimir Putin yekun mətbuat konfransında Konstantinopol patriarxlığını Türkiyəninki adlandırmaqla təsadüfən “ağzından söz qaçırmayıb”: “Yeganə bağ var idi – ruhsal. Moizələrdə Moskva və bütün Rusun adını çəkirdilər. Vəssalam. Amma indi baxın, Türkiyədən, Türkiyə patriarxlığından hansı asılılıq gəlir”. Şəffafdan da şəffaf eyham.

Lakin burası da var ki, Türkiyənin ABŞ-ın nəzarətinə qayıdışı Suriyaya görə yetərli qiymət deyil (hətta amerikalılar onu gerçəkdən də verməyə hazırlaşmırlarsa) və Pentaqon – ona kim başçılıq edir-etsin – Ukraynada açıq hərbi fitnə hazırlamağa başlayıb. Avqustdan başlayaraq Kerçen-Azov bölgəsində DXR/LXR və Krıma hədəflənməklə münaqişənin tədricən artırılması gedir.

Ukrayna SQ-nin (USQ) Rusiya ilə sərhəddə az intensivlikli hərbi əməliyyat hazırladığı haqda Lavrovun xəbərdarlığı “tərəfdaşlar”ın kəskin fəallığıyla təsdiqlənir. NATO təlimatçıları Donbasda USQ bölmələrini yoxlayıb, sərhəddə getdikcə yeni bölmələr, o cümlədən Britaniyanın SAS-ı göndərilir, Böyük Britaniya HDQ-nin “HMS Echo” kəşfiyyat gəmisi Odessa limanına girib, ABŞ senatorları Trampı Qara dənizdə Rusiyaya qarşı çoxmillətli əməliyyat keçirməyə çağırıb. Kiyev isə Ukrayna hərbi gəmilərinin Kerçen boğazından ATƏT, ya da NATO-nun himayəsilə keçidi üzrə açıqca onun düşünmədiyi əməliyyat elan edib. Aydındır ki, belə hazırlıqlar nəsə konkret bir şeylə bitməyə bilməz. Ukraynada hərbi fitnə hazırlığı, Türkiyə ilə sövdələşmələr Trampın Suriyadan qoşunların çıxarılmasını bildirməyi düşüncə doğurur ki, bunlar bir prosesin tərkib hissəsidir. Və Böyük Sövdələşmə budursa, onda çox pisdir, bir də güman etmirəm ki, Kreml bu halda buna gedər. Krıma və Krım körpüsünə qarşı həmlələr şəxsən Putin üçün ən prinsipal məqamdır və belə bir şey üzərindən onunla uzlaşmağı təsəvvür etmək axmaqlıqdır. Amma, bax, ABŞ-ın güclərin gerçək bölgüsündən çıxış edərək Suriya-Türkiyə-Ukrayna qambiti oynamaq qərarı tamamilə həyata keçirilə biləndir.

Rusiyanın Suruiyada mövqeyi artıq o qədər güclüdür ki, Vaşinqton oradakı bölgünü keyfiyyətcə dəyişmək gücündə deyil. Ancaq “qoşunların çıxarılması” hesabına Türkiyə ilə anlaşma halında təsiri saxlamaq və vurğunu Rusiya ilə mübarizənin ikinci cəbhəsinə keçirmək olar. ABŞ-ın Ukraynadakı mövqeyi xeyli əlverişlidir – Kiyev rejimi, ordu, xalq üzərində tam nəzarət, rəsmi təsdiqsiz hərbi bölmələrin iştirakı. Bütün bunlar Rusiyanın birbaşa yaxınlığındadır və gücün bir bölümünün Suriyadan ayrıldığı durumdur. Özgə əliylə zərbə endirmək üçün, demək olar, ideal əməliyyat meydanıdır.

Bəli, Vaşinqtonun çoxdan belə bir əməliyyat meydanı var, amma görünür, zərurət məhz indi yetişib. Həm də sərhesab Poroşenko Rusiya ilə hərbi qarşıdurmadan həmişə sapıdıb. Amma o, obyektivcəsinə uğursuz seçkilər ərəfəsində hakimiyyəti saxlamaq üçün hər şeyə hazırdır. Lakin onun “son sıçrayışı”nın hazırlanmasında, NATO hərbçilərinin, demək olar, gizlədilmədən iştirakı və bu prosesin payızın başlanğıcından buraxılması ondan xəbər verir ki, Vaşinqton düşünülmüş qərarı həyata keçirir. O, Suriyada enilərək bunu Ukraynan yönündə zərbəylə düzəltməyə çalışır.

Bəli, tamamilə mümkündür ki, Tramp vərdiş üzrə blef edir və savaş təhdidini son həddə çatdıraraq Kremlə qarşı, o cümlədən Suriya üzrə tələblər irəli sürəcək. O biri yandan, ABŞ Ukraynada Ukrayna vətəndaşlarının həyatından savayı – bu isə onu lap sonda maraqlandırır – heç nəyi qurban vermir. Və zəmanət haradadır ki, intensivliyi az fitnəkarlıq əhatəli hərbi əməliyyatlara keçməyəcək? Bu, yoxdur.

Belə, ya elə, amma bu cür ehtimallar düzgündürsə, ABŞ da Ukrayna tərəfdən zərbə hazırlayarsa (yeri gəlmişkən, Rusiyaya savaş elan edilməsi haqda layihə Radaya çıxardılıb), onda burada “bizim Tramp”ın təcridçiliyi haradadır? Amerika isteblişmentinin hansısa bölümüylə anlaşmağın mümkünlüyü haqda illüziyanı hamımızın buraxmasının vaxtı deyilmi? Xüsusən də Putin bu günlərdə bildirib ki, orada hamı sərt sistem çərçivəsində hərəkət edir. Bu sistem isə bizə savaş elan edib.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 415




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap