Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Amerika səfiri müxalifətlə niyə görüşmür? – “Bu onların problemidir”

Tarix 24.04.19, 13:59

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqer martın 7-dən Bakıda fəaliyyətə başlayıb. İqtidar nümayəndələri ilə görüşlər keçirən səfir indiyə qədər müxalifət partiyalarının sədrləri ilə görüşməyib.

Maraqlıdır, Azərbaycan müxalifəti bununla bağlı hansı düşüncədədir?

Mövzu ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Sabah”a danışarkən bildirib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin proqramında müxalifət partiya sədrləri ilə görüşlərə yer verilmədiyini düşünmür:

“Yeni səfir hələ ölkə ilə tanış olur, öyrənir. Mümkün deyil ki, səfir cəmiyyətin müxtəlif palitrasını təşkil edən rənglərlə görüşməsin. İqtidarla yanaşı, müxalifətlə də görüşəcək. Amma nə zaman olacaq – bu onun işidir, proqramının nəticəsində olacaq. 

ABŞ-ın Azərbaycanla bağlı siyasətinin bir hissəsi də fərqli kəsimli, düşüncəli insanlarla, o cümlədən  müxalifətlə iş birliyidir. Hələlik görünür, zamana ehtiyacları var. Bu da onların problemidir, bizim elə bir problemimiz yoxdur - kimsə görüşdü görüşmədi, nəsə dedi demədi. Elə bir ciddi əhəmiyyəti yoxdur, hər kəs doğru bildiyi yolla gedir”.

AXCP sədrinin müavini Gözəl Bayramlı bu məsələdə hər hansı problemin olmadığını bildirib:

“Açığı,  ABŞ səfirinin fəaliyyətə başlayandan müxalifət liderləri ilə görüşüb görüşməməsi ilə bağlı tam məlumatım yoxdur. Qrafiki ABŞ səfirliyi özü müəyyənləşdirir. Düşünürəm ki, ABŞ səfirliyi hər zaman müxalifətlə təmasda olub, görüşlər keçirib, lazımi tədbirlərə dəvət edib. Yeni səfir də Amerikanın bu kursunu davam etdirəcək. Burda problemli bir şey görmürəm. Sadəcə səfir yeni fəaliyyətə başlayıb. 

ABŞ səfiri müxalifətlə görüşə vaxt ayırmır və ya bunu prioritet hesab etmir kimi düşünmək lazım deyil. Əslində ölkədə müxalifət kifayət qədər söz sahibidir. Azərbaycan cəmiyyətində mövqeyi olan müxalifət partiyaları, liderləri var. Bu baxımdan ABŞ səfiri də əvvəlki siyasi kursa uyğun olaraq yenidən müxalifətlə görüşlər keçirəcək. Hər hansı problem görmürəm və hələki görüşün olmamasını kursun dəyişməsi kimi dəyərləndirmirəm”.



Xəbərin oxunma sayı : 769




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap