“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Amerikalı generaldan Qarabağla bağlı açıqlama:“Şərq və Qərb arasında yeganə quru dəhliz Azərbaycandan keçir“

Tarix 24.11.20, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


“Dinc Dağlıq Qarabağ Azərbaycanın suveren hissəsi kimi bölgədə sabitliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirlər ABŞ-ın Avropadakı qoşununun keçmiş komandanı, general-leytenant Ben Xocesin “EUObserver” nəşrindəki məqaləsində yer alıb.

Onun sözlərinə görə, azərbaycanlılar bölgədə erməni icmasının təhlükəsizliyini təmin etmək, həmçinin onların mədəni yerləri və artefaktlarının qorunması ilə bağlı üzərilərinə öhdəlik götürüblər: “Ümidimiz üçün əsasımız var. İşğal altında olan bölgə istisna olmaqla, bu gün 30 mindən çox erməni Azərbaycanı vətən adlandırır”.

B.Xocesin fikrincə, Qərb hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın yerinə yetirilməsində Bakıya mövqeyini müdafiə etməyə kömək etməlidir, belə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

General-leytenant yaranmış vəziyyətdə ABŞ və Avropanın kənarda qalmasını uyğun seçim olmadığını qeyd edib: “Dağlıq Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Şərq və Qərb arasında yeganə quru dəhliz Azərbaycandan keçir. Bu əslində daha böyük Qara dəniz regionunun iqtisadi potensialının inkişafı üçün açardır və Qərb artıq yubanmamalıdır”/Report.



Xəbərin oxunma sayı : 319




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap