Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ana ölümlərinin sayı azalıb

Tarix 21.02.17, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda ana ölümlərinin sayı azalıb. Ana ölümü göstəricisi ötən il hər 100 min doğulmuşa 13,8 promil olub”.

Virtualaz.org saytı xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün keçirilən tədbirdə bildirib.

Baş mama-ginekoloqun sözlərinə görə, hamilələrin qadın məsləhətxanalarına vaxtında müraciəti xəstəliklərin və ağırlaşmaların qarşısını almaq üçün vacibdir. “Qadın məsləhətxanaları 11 sahə üzrə fəaliyyət göstərir. Onların işi hamilələrin müayinəsi ilə yekunlaşmır. Hamiləliyin planlaşdırılması, qadınların sağlamlığı, doğuş və doğuşdan sonra yardımların göstərilməsi, onkoloji xəstəliklərin vaxtında aşkarlanması, sağlam həyat tərzinin təbliğatı, ana ilə uşaq arasında münasibətin formalaşması üçün analıq məktəblərinin təşkili də qadın məsləhətxanalarının işidir. Hətta sağlam hamilə qadın da ən azı 7 dəfə mürciət etməlidir. Təəssüf ki, hamilə qadınlar vaxtında həkimə müraciət etmirlər və hamiləlik zamanı ağırlaşan xəstəliklər vaxtında müalicə olunmur”, -S.Məmmədova qeyd edib.



Həkim deyib ki, üç aylığında ana bətnində olan döl artıq formalaşmağa başlayır. Vaxtında müraciət olunan döldə hansısa kobud qüsurlar varsa, bunu həmin müddətdə görmək mümkündür. Həmin qüsurlar yaşama qabiliyyəti olmayan qüsurdursa, onda qadına tibbi şəraitdə bu hamiləliyi sonlandırmaq təklif edilir.

Baş mama-ginekoloq onu da vurğulayıb ki, bütün dünyada olduğu kimi son vaxtlar Azərbaycanda da uşaqlıqdan kənar hamiləliklərin sayı artıb: “Uşaqlıqdan kənar hamiləliyin erkən aşkarlanması vacibdir. Çünki bunu vaxtında aşkar etdikdə cərrahiyə müdaxilə olmadan aradan qaldırmaq mümkündür. Qadın hamiləliyin 6-7 həftəlik müddətində həkimə müraciət edərsə, qadın məsləhətxanasının həkimi hamiləliyin uşaqlıq və ya boruda olmasını təyin edir. Müasir texnologiyalar imkan verir ki, xüsusi dərmanlardan istifadə edərək xəstəxana şəraitində heç bir cərrahiyyə əməliyyatı ilə müdaxilə etmədən qadını bu hamiləlikdən sağlam şəkildə xilas edə bilək”.




Xəbərin oxunma sayı : 70




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap