Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Anar Məmmədovun külli miqdarda borcu var: kütləvi istefalar başladı

Tarix 18.12.17, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu Azərbaycan Qolf Federasiyasında kütləvi istefalar davam edir.

AQF-nin təlimçisi Emin Zeynalov, baş katibi Nigar Süleymanovadan sonra daha bir üzvü qurumdan uzaqlaşıb.

AzFakt.com unikal.org-a istinadən xəbər verir ki, AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyeva da federasiyanı tərk edənlər siyahısındadır. Belə ki, uzun müddətdir işçilərini maaş üzünə həsrət qoyan federasiya rəhbərliyi rəsmi şəkildə fəaliyyətini dayandırmaqla bağlı qərarlarını yaxın zamanda nazirliyə bildirəcək. Məlumatda bildirilir ki, qurumun işçilərinə külli miqdarda borcu var.

Federasiya bu "yükün” öhdəsindən gələ bilməyəcəyi üçün belə bir addım atmaq niyyətinə düşüb. Verilən məlumatda o da bildirilir ki, hazırda qeyri-rəsmi şəkildə fəaliyyətini dayandıran AQF-nin inzibati binasını "toz basıb”. Ofisə demək olar ayaq basan yoxdur.

Sayt məsələ ilə bağlı AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyevayla əlaqə saxlayıb. O, açıqlamasında federasiyadan istefa verməsi xəbərini təsdiqləyib. Quliyeva artıq bir müddətdir ki, qurumdan uzaqlaşdığını diqqətə çatdırıb.



Xəbərin oxunma sayı : 1270




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap