Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Angela Merkel Türkiyəyə gəlir

Tarix 20.01.17, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya kansleri Angela Merkelin fevral ayının əvvəllərində Türkiyəyə işgüzar səfər edəcəyi gözlənilir.

Angela Merkelin gündəliyinə mühacir böhranının həlli, regional problemlər, terrorçuluqla mübarizədə işbirliyi və iqtisadi mövzular daxildir. Onun səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşləri planlaşdırılır.

Bu ilin sentyabr ayında dördüncü dəfə Almaniya kansleri seçilməsi gözlənilən Angela Merkelin gündəmində mühacir böhranın həlli üçün işbirliyi xüsusi yer tutur. 2015-ci ildə ölkəsinə 890 min mühacirin gəlməsi nəticəsində çətin vəziyyətə düşən federal kansler Avropa İttifaqı və Türkiyə arasında sazişdən sonra rahatlıq tapıb. Belə ki, bu sazişdən sonra 2016-cı ildə miqrant axını 70 faiz azalaraq 280 min nəfərə düşüb.

Kəskin tənqid olunmasına baxmayaraq, açıq qapı siyasətini müdafiə edən Merkel mühacir böhranının yalnız Türkiyə ilə işbirliyi çərçivəsində çözülməsinin mümkünlüyünü bildirərək seçki öncəsi bu uğurlarını ictimaiyyətə göstərməyə çalışır.(AzərTAc)



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap