|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Ankaranın Qarabağ planı nədir? - Ərdoğan Putinlə müzakirələr aparmaqda israr edib...
Tarix 28.07.20, 17:31 |
|
Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib, Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir
Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla danışdılar. İki ölkənin prezidenti il ərzində bir neçə dəfə telefonla danışır, söhbətlərində əsasən Suriya və Liviyadakı vəziyyəti müzakirə edirlər. Bu dəfə belə olmadı. Türkiyə və Rusiya prezidentləri ilk dəfəydi ki, Azərbaycan-Ermənistan qarşıdurmasını detallı şəkildə müzakirə etdilər.
Bu baxımdan bu dəfə telefon danışığının təşəbbüskarının hansı prezidentin olduğu maraq doğururdu. Çünki, telefon danışığının kimin təşəbbüskar olmasından məhz hansı prezidentin həmkarı ilə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirəsinə marağı ortaya çıxacaqdı. Xəbərlərdə telefon danışığının təşəbbüskarı haqqında məlumat yox idi, sadəcə yazılırdı ki, “prezidentlər arasında telefon danışığı olub”.
“Atlas” Araşdırmalar Mərkəzinin məlumatına görə telefon danışığının təşəbbüskarı Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan olub. Demək məhz Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirə etmək istəyib.
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç vaxt maraq göstərməyib. Buna dair sadəcə iki misal göstərmək olar.
Birinci misal. Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Moskvada geniş mətbuat konftransı keçirirdi. Mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlərdən biri tədbir boyu Rusiya prezidentinə israrla sual vermək istəyirdi. Mətbuat konfransı bitdikdə ayağa qalxan Putin azərbaycanlı jurnalistin israrını müşahidə edərək ayaqüstü ona kinayəli şəkildə belə cavab vermişdi: “... yəqin yenə Qarabağdan sual verəcəksiniz”. Bu cavabın özü Qarabağ mövzusunun Kreml sahibi üçün maraqsız olduğunu göstərirdi.
İkinci misal. Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bir neçə il əvvəl rusiyalı həmkarıyla görüşdükdə müxtəlif mövzularla yanaşı Qarabağ mövzusunu müzakirə etmək istədikdə Putin ona qısaca belə cavab vermişdi: “Bu çox mürəkkəb məsələdir”.
Putin bununla faktiki Ərdoğana demək istəmişdi ki, mən Səninlə Suriyanı müzakirə etməyə hazıram, ancaq Cənubi Qafqazdakı əsas problemi Səninlə müzakirə etməyə marağım yoxdur. Başqa sözlə Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul etmirdi.
Ancaq indi durum fərqlidir. Moskva istəməsə belə Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib.
Bunun bir səbəbi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, ikinci səbəbi Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır. Yəni Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaq. Bu səbəbdən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu.
Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdırlar. Bu mesaj işğalçı Ermənistanla yanaşı həm də Rusiyaya ciddi mesaj idi. Buna görə də artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq fiziki baxımdan mümkün deyil.
Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl vacib strateji gediş etdi, Türkəyinin ordu birlikləri Naxçıvana daxil oldu və bununla Kreml fakt qarşısında qaldı. Bundan başqa Türkiyə Azərbaycanla birgə ölkəboyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Vladimir Putin Rəcəb Təyyub Ərdoğanla Azərbaycan-Ermənistan qarşdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi.
Aydındır ki, Ankaranın Azərbaycanla bağlı strateji planı Kremli narahat edir. Məhz ona görə Putin Ərdoğanla telefon söhbətində gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib. Kremldə şübhələnirlər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq.
Bu baş verməsin deyə Putin Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönətlməyə çalışıb. Məsələn telefon danışığıyla bağlı yayılan xəbərdə belə bir hissə var: “Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub”.
Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Suriya, Liviya və digər mövzularla yanaşı Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir. Rusiya informasiya agentliklərinin prezidentlərin telefon danışığı barədə yaydığı xəbərdə “regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb” cümləsi də bundan verir. Bu cümlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol aça bilər.
Türkiyənin və Azərbaycanın Qarabağ planı sadədir:
1.Ermənistan işğal altındakı Azərbaycan ərazilərini boşaldır;
2.Azərbaycanlılar geri qayıdırlar;
3.Dağlıq Qarabağa geniş müxtariyyət və təhlükəsizlik təminatı verilir.
4.Azərbaycan və Türkiyə Errmənistanla kommunikasiya xətlərini açırlar və beləcə regional əməkdaşlığa Ermənistanın da qoşulması imkanları açılır.
Ermənistan bu təklifləri əvvəlkitək rədd edib danışıqların uzanmasına çalışarsa, gərginliyin artmasına və bundan doğan nəticələrlə barışmalı olacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
Xəbərin oxunma sayı : 667
Analiz
Xəbərlər
-
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
-
Bakıda görmə məhdudiyyətli şəxs evini kirayə verdi, bütün əşyaları oğurlandı - VİDEO
-
Sabiq deputat Hadı Rəcəbli vəfat edib - Burada dəfn olunacaq
-
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Bakıda işıq dirəkləri oğurlanan, qaranlığa qərq olan yol - VİDEO
-
“Vaşinqton Ukraynanın effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır“ - ABŞ institutu
-
Bazarlarda satılan mövsümə uyğun olmayan meyvələrin qiymətləri - ARAŞDIRMA + VİDEO
-
“Qərb Ukraynada “Dəmir qübbə” sistemi yarada bilməz” - Borrel
-
Masallıda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO
-
Sevdanın geyimi tənqid olundu - Video
-
Ən yaxşı məşqçilərinin siyahısı açıqlandı:Qurbanovun reytinqi yüksəlib
-
Fransa Azərbaycandakı səfirini geri çağırdı
-
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
TOP 10
ARXİV