Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Antarktida əriyir – Dəniz sahillərində yerləşən ölkələri hansı fəlakət gözləyir?

Tarix 14.08.17, 2:46

Font ölçüsü : - / +
bitmap-img6


Antarktidanın istiləndiyinə dair heç bir şübhə yoxdur. Britaniyalı alimlərin dediyinə görə, ərazidə yetişən yosun buzlu qitənin daha böyük hissəsini əhatə etməklə yanaşı, daha sürətli bir şəkildə böyüyür.

Sahilyanı ərazilərdə yaşayan insanlar üçün isə bu deməkdir ki, onların yaşadığı yerlərdə dəniz səviyyəsi əhəmiyyətli dərəcədə artacaq.

Qərbi Antarktida yavaş-yavaş əriyir: “Antarktida yarımadasının 97 faizi hələ də buzla örtülüdür. Yəni buzun hamısı ərimir və sürərli bir şəkildə yox olmayacaq”, – deyə Britaniya Antarktida Araşdırma Qrupundan Piter Konvey deyir

Antarktidadakı 30 milyon kub kilometr buz tədricən əriyib okeana axır: “Cüzi bir buzun əriməsi okeana axan suya əhəmiyyətli təsir göstərir. Bunun da öz növbəsində dəniz səviyyəsinin artmasına böyük təsiri olur”-deyə Konvey vurğulayıb.

NASA təxmin edir ki, 2004-cü ildən bəri hər il Antarktidadan okeana 118 milyard ton buz axır. Bu, alimlərin proqnozlaşdırdığından daha sürətli bir ərimədir: “İstilik və buzların əriməsi səbəbilə dünyada yaranan problemlərdən ən böyüyü odur ki, böyük bir insan əhalisi dəniz səviyyəsinə yaxın yerlərdə yaşayır. Bir çox böyük şəhər, böyük kənd təsərrüfatı əraziləri də dəniz səviyyəsindədir”, – Piter Konvey bildirir.

İnsanların səbəb olduğu iqlim dəyişikliyinin yaratdığı dəyişikliklər qitəni çox sürətli bir şəkildə daha yaşıl edir: “Bildiyimiz kimi, ən böyük temperatur dəyişiklikləri Antarktidada baş verir. Son 50 ildə orada temperatur təxminən 3 dərəcə artıb”, -deyə alim Anjelika Kasanova bildirir.

Tədqiqatçılar deyir ki, əgər dəyişikliklər baş verməsə qarşıdakı 200 ildə dəniz səviyyəsi 3 metr artacaq.

 



Xəbərin oxunma sayı : 451




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap