Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Anti-Azərbaycan mövqeli avropalı deputatın rüsvayçılığı: Korrupsiya bataqlığına düşən Qərb

Tarix 17.12.22, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


“Barbi” və “parlament gözəli” ləqəbli avroparlamentari Eva Keyli ilə bağlı qalmaqal Avropanı bir-birinə vurub. Qərb mediasının “Qətərgeyt” adını verdiyi bu hadisə bir daha sübut etdi ki, korrupsiya Avropa Parlamentində ən yüksək səviyyədədir. Korrupsiyada ittiham edilən yunan deputat ermənilərin də yaxın dostu olub. İstintaq obyektiv olsa, onun gedişində Evanın erməni lobbisi ilə korrupsiya əlaqələrinin ifşasına dair xəbərlərə də rast gələcəyik.

“Dəyərləri” ilə uzun illərdir fəxr edən, hamıya dərs keçməyi xoşlayan Avropanın başı dərddədir. Fərdilikdən çıxıb kütləvi hal alan korrupsiya və rüşvət problemi Avropa təşkilatlarında əməllicə kök salıb. Avropa Parlamentinin yunan deputatı, vitse-prezidenti Eva Keyli avropalılara elə od qoyub ki, bunun fəsadları hələ uzun müddət hiss olunacaq. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

16 ünvanda axtarış və deputatın evində tapılan 600 min avro

E.Keyli Brüsseldə futbol üzrə dünya çempionatı ilə əlaqəli korrupsiya işinə görə saxlanılıb. Əməliyyat zamanı dörd nəfərin saxlanıldığı barədə məlumat yayılıb. Həbs olunanlar İtaliyanın Avropa Parlamentindəki keçmiş deputatı Pier Antonio Panzeri, İtaliyanın “Ədalətsiz Sülh Yoxdur” QHT-nin rəhbəri Nikkolo Fiqa-Talamanka, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (qərargahı Brüsseldə yerləşir) baş katibi Luka Visentini və Yunanıstandan olan sosialist E.Keylidir. İş üzrə müttəhimlərlə əlaqəli 16 ünvanda axtarış aparılıb və Keylinin evində 600 min avro nağd pul ələ keçirilib. Əlavə təfərrüat və qətərlilərin Keyliyə hansı hədiyyələr verdiyi hələlik məlum deyil.

Bu işin Avropa Parlamentində və Yunanıstanda, ola bilsin ki, İtaliyada sosialist fraksiyasına böyük zərbə olacağı proqnoz edilir. Belçika prokurorluğu iş üzrə müttəhimlərin pulu hansı dövlətin maraqları naminə aldıqlarını açıqlamayıb, sadəcə olaraq, söhbətin Fars körfəzindən getdiyini qeyd edib. Lakin media dərhal söhbətin Qətərdən getdiyi qənaətinə gəlib. Qətər rəsmilərisə baş verənlərdən xəbərsiz olduqlarını bəyan ediblər.

E.Keylin həbs olunması faktı tək avroparlamentdə deyil, beynəlxalq aləmdə də ciddi əks-səda doğurub və narazılıq yaradıb. Qərb mediasının “Qətərgeyt” adını verdiyi bu hadisə bir daha sübut etdi ki, korrupsiya Avropa Parlamentində ən yüksək səviyyədədir. Nəzərə alsaq ki, prosesdə Avropa Parlamentinin vitse-prezidentinin adı hallanır, o zaman istintaqın gedişində yeni-yeni faktlar ortaya çıxa bilər.

Xatırladaq ki, “Barbi” və “parlament gözəli” adlarıyla tanınan Keyli vitse-spiker postundan uzaqlaşdırılsa da, deputat kimi fəaliyyətini davam etdirir.

Beləliklə, korrupsiya iddiaları Avropa Parlamentinin imicinə böyük zərbə olub. Keyli dəfələrlə dünya çempionatına ev sahibliyi edən Qətəri Qərbin tənqidlərindən müdafiə edib. Belə ki, o, iki həftə əvvəl Avropa Parlamentində Fars körfəzi ölkəsində işçi hüquqlarının qaydasında olduğunu və ümumiyyətlə, bir çox Avropa şirkətlərinin Qətər monarxiyasının tətbiq etdiyi bəzi yeniliklərə həsəd apara biləcəyini bildirib.

Avropa fondlarında adiləşən korrupsiya

Qeyd etmək lazımdır ki, yalnız Avropa Parlamenti deyil, onun himayəsində olan fondlarda da dəfələrlə korrupsiya faktları qeydə alınıb. İllik oğurluq faktlarının milyardlarla avro təşkil etdiyi vurğulanır. Bəzi iddialara görə, korrupsiya və pulun səmərəsiz xərclənməsi səbəbindən Avropa hər il 320 milyard avrodan çox, yəni gündə təxminən bir milyard avro itirir. Bu, Aİ-nin 2014-2020-ci illər üçün təklif etdiyi yeddiillik büdcənin təxminən üçdə birini təşkil edir. Digər mənbələrə görə, Aİ əslində korrupsiyaya görə daha çox itirir - təxminən 904 milyard avro. Bu barədə Avropa Yaşıllar Partiyasının dərc olunmuş hesabatında da deyilib.

Keyli Qətərlə avroparlamentarilər arasında vasitəçi olub?

Fransanın “France Soir” qəzetinin yazdığına görə, Keyli Avropa Parlamentinin üzvləri ilə qətərlilər arasında vasitəçi ola bilər. Keylinin təmsil olunduğu Panhellenik Sosialist Hərəkatı (PASOK) partiyası onu sıralarından xaric edib. Korrupsiyaya qarşı aparılan araşdırma fonunda Keylinin üzvlüyünün dayandırılması barədə qərar Avropa Parlamentinin Sosial Demokratlar fraksiyasında da yayılıb.

Avroparlamentə nəzarəti gücləndirəcək islahat tələb olunur

Artıq Brüsseldə Avropa Parlamentinə nəzarəti gücləndirəcək islahat tələb olunur. Avropa Parlamenti Avropa Komissiyasından sonra Aİ strukturunda ikinci dərəcəli qurumdur. “Avropa Parlamentində bu miqyasda antikorrupsiya işini xatırlamaq çətindir. 1990-cı illərin sonlarında Jak Santerin komissiyası ilə bağlı oxşar qalmaqal baş vermişdi. Əslində, Keyli görünür pulu cibində qoyaraq lobbiçiliklə məşğul idi. Lakin, şübhəsiz ki, hələ çox şeyə aydınlıq gətirilməlidir”, - deyə tanınmış ekspert Aleksandr Tevda Burmuli bildirib. O vurğulayıb ki, Keyli ilə bağlı iş, təbii ki, Avropa Parlamentindəki sosialist fraksiyaya zərbə olacaq, eyni zamanda Yunanıstan və İtaliyanın siyasi həyatına da təsir edəcək. “Bu, həqiqətən böyük bir qalmaqaldır və onun iştirakçıları çox ağır cəzalara məruz qalacaqlar”, - deyə ekspert hesab edir. 

Keylini ermənilər də yemləyib

Diqqət çəkən bir məqam da Keylin Avroparlamentdə daim işğalçı Ermənistanı dəstəkləməsidir. Türk mediası yazır ki, xanım deputat vaxtaşırı Azərbaycanı hədəf alan bəyanatlar səsləndirib. 44 günlük müharibədən sonra Bakını hədəf alan təşəbbüslərdə də onun xüsusi rolu olub. Avropa Parlamentində Aİ-Ermənistan Dostluq Qrupunun üzvü olan xanım ötən ilin noyabrında Azərbaycanı Ermənistana qarşı “aqressiv münasibət” göstərməkdə ittiham edən mətnə imza atıb. Mətndə başda Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Jozep Borrel olmaqla beynəlxalq qurumları “Azərbaycanın Ermənistanı hədəf alan “təcavüzkar” münasibətinə qarşı” hər cür tədbir görməyə çağırıb. Xəbərdə o da bildirilib ki, erməni iş adamı və milyarder Kaspar Karapetyan yunan deputatı yemləyib. Yəqin ki, istintaq obyektiv olsa, onun gedişində Evanın erməni lobbisi ilə korrupsiya əlaqələrinin ifşasına dair xəbərlərə də rast gələcəyik.



Xəbərin oxunma sayı : 1120




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap