Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Aparat rəhbərləri üçün 110, katibələr üçün 10 manat – Vəzifələr üzrə yeni qiymətlər

Tarix 26.05.17, 3:39

Font ölçüsü : - / +
bitmap-img6


Tarif (Qiymət) Şurası tərəfindən dövlət qulluğu ilə bağlı yeni təsdiq edilmiş ödənişli xidmətlərin tarif cədvəlinə əsasən, dövlət qulluğuna qəbul üçün ən yüksək rüsum ödənişi inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə olacaq.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu vəzifələrə inzibati vəzifələrin 2-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, aparat rəhbərinin müavini və şöbə müdiri, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru, inzibati vəzifələrin 3-cü təsnifatı üzrə şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif (Qiymət) Şurasının katibi, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini daxildir. Bu vəzifələr üzrə işləmək istəyənlər bir dəfə imtahanda iştirak üçün 110 manat ödəməli olacaqlar.

İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri, şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, regional bölmənin rəhbərinin müavini, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə sektor müdiri, şöbə müdiri, şöbə müdirinin müavini 100 manat ödəməli olacaqlar.

İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, dövlət orqanı rəhbərinin köməkçisi imtahanda bir dəfə iştirak üçün 90 manat ödəməli olacaqlar.

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi vəzifəsi üzrə imtahanlarda iştirak üçün 70 manat rüsum ödəniləcək.

Dövlət qulluğuna qəbul üçün ən az rüsumu (10 manat) katibə, kargüzar, sürücü, liftçi və s. işləmək istəyənlər ödəyəcəklər.

Mərkəzdən bildirilib ki, dövlət qulluğu imtahanlarında iştirak üçün Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilən tariflərin üzərinə ƏDV əlavə edilməyəcək və namizədlər müəyyənləşdirilmiş qiymətlərlə rüsum ödəyərək imtahanda iştirak edə biləcəklər.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap