“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

APOEL-in baş məşqçisi:“Bakıda “Qarabağ“a qalib gələ bilərik“

Tarix 12.08.19, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


“Faiz olaraq nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var”.

“Report”un məlumatına görə, bunları Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü haqda danışarkən söyləyib.

53 yaşlı almaniyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında bildirib ki, komandada yenidir və cəmi 4 məşq keçib: “Sabah özümüzə inamla oynayacağıq. İki qol vurmalıyıq. Ümumilikdə 4məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. Önəmli olan ilk matçla müqayisədə daha yaxşı oynamaqdır. Sabah fərqli performans ortaya qoymalıyıq. Futbolçularla söhbətim olub. Hiss edirəm ki, şansımız var. Çox güclü rəqibə qalib gələ bilərik. Fərqli performansın nədən ibarət olduğu deyə bilməyəcəyəm (gülür). Matçda görəcəksiniz”.

Dollun sözlərinə görə, heyətdəki bəzi itkilər komandanın oyununa təsir etməməlidir: “Əsas inamdır. Futbolda zədələrin olması normaldır. Çox yaxşı heyətimiz var. Ona görə də itkilərin öhdəsindən gələcəyik. Əlimizdəki futbolçularla nəsə etməyə çalışacağıq. Emosional adamam. Ona görə referi məni texniki zonadan uzaqlaşdıra da bilər (gülür). Ancaq artıq 53 yaşım var, nisbətən sakitləşmişəm. İlk matça baxmışam. Bəzi məqamaları müşahidə etdim. Sabah daha çox şanslar yaradacağıq. Uşaqlar nə etmək lazım olduğunu bilirlər”.

Qeyd edək ki, “Qarabağ” ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı sabah saat 20:30-da start götürəcək.



Xəbərin oxunma sayı : 271




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap