Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Apple şirkəti mağazalarını bağlayır - Koronavirusa yoluxmalar yenidən vüsət alır

Tarix 25.06.20, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlarda koronavirusa təsdiqlənmiş yoluxmaların artması həyəcanlı səviyyəyə çatır. İyunun 24-də günlük yoluxmalar 34 min 700-ü keçib ki, bu da aprelin sonundan bəri ən yüksək rəqəmdir.

Bir səbəb ölkədə testlərin sayının artırılmasıdır. Ancaq rəsmiləri narahat edən gündəlik yoluxmaların azaldığı ştatlarda kəskin artım əlamətləridir.

Texasın qubernatoru əhalini evdə oturmağa, Arizona qubernatoru isə sakinləri maska taxmağa çağırıb. Texasda karantin mayın 1-də qaldırılmışdı. Son iki həftədə xəstəxanaya üz tutanların sayı çoxalıb, yoluxmalar üç dəfə artıb. Qubernator Qrek Abot deyib ki, xəstəxanada yerlərin qorunması üçün yeni qadağalar tətbiq oluna bilər.

“Houston Methodist” xəstəxana sisteminin başçısı Dr. Marc Boom əhalinin sosial məsafəyə, maska taxmağa laqeyd yanaşdığını eyib. “Səmimi desəm, o geri qayıdaraq bizi dişləməyə başlayıb”, – o, sözlərinə əlavə edib.

ABŞ-da ən çox yoluxmalar cənub və qərb ştatlarındadır. Əvvəlki qaynar nöqtələr olan Nyu York və Nyu Cersidə yoluxmalarda azalma var. Bu ştatlar 9 digər ştatlardan gələnlər üçün 14 günlük karantin tətbiq edib. Səhiyyə rəsmilərinin sözlərinə görə, barlar, mağazalar, restoranlar yenidən açılmış ştatlarda gənclər arasında yoluxmalar digər qruplardan daha çoxdur.

İndiyədək ABŞ-da koronavirusdan 120 mindən çox insan dünyasını dəyişib, yoluxma sayı 2,3 milyonu keçib. Dünya üzrə isə ölənlərin sayı 480 mindən, yoluxanlar 9,3 milyondan çoxdur.

Texasdakı durum Apple şirkətini Hyuston ərazisindəki mağazalarından yeddisini yenidən bağlamağa vadar edib. Daha öncə Arizona və 3 başqa ştatda 11 Apple mağazası bağlanmışdı.

İyunun 24-də Nyu York Şəhər Marafonu da pandemiyaya görə ləğv olunub. Şəhər rəsmiləri və təşkilatçılar yarış keçirməyin çox riskli ola biləcəyini deyiblər. Yarış noyabrın 1-nə təyin olunmuşdu, marafonun 50-ci ildönümü qeyd olunacaqdı.

Britaniyanın səhiyyə qurumları Baş nazir Boris Consona karantini yumşaltmamaqla bağlı xəbərdarlıq ediblər, ikinci dalğa riskinin olduğunu deyiblər.

Ukrayna səhiyyə nazirinin bildirməsinə görə, koronavirus xəstələri üçün əlavə xəstəxanalar ayrılacaq, ilkin olaraq bu məqsədlə ayrılmış tibb ocaqlarında artıq yer qalmayıb. Ukraynada xəstəliyə 40 minədək təsdiqlənmiş yoluxma qeydə alınıb, mindən çox xəstə vəfat edib. Bu arada Niderland hökuməti iyulun 1-dən karantin qaydalarının yumşaldılacağını elan edib. Açıq havada tədbirlərin keçirilməsinə, qrup halında restoran ziyarətlərinə, mütəmadi ictimai nəqliyyat xidmətlərinə icazə veriləcək. (azadliq.org)



Xəbərin oxunma sayı : 1837




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap