Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Apple Krımı Rusiya ərazisi kimi göstərib – Rəsmi Kiyevdən etiraz

Tarix 28.11.19, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Apple şirkətinin mobil əlavələri Ukraynanın Krım yarımadasını Rusiya ərazisi kimi göstərir.

Moskvada deputatlar bunu daha öncəki “səhv”in düzəldilməsi adlandırıb. ABŞ texnologiya nəhənginin bu addımı Kiyevin etirazına səbəb olub.

Noyabrın 27-də Apple Maps və Weather tətbiqlərində Krım Rusiya ərazisi kimi göstərilib, ancaq yalnız Rusiyadakı istifadəçilər bunu belə görüb.

ABŞ, Ukrayna və Avropanın bəzi yerlərində isə mobil əlavələrdə yarımada ətrafında beynəlxalq sərhəd görünmür.

Google Maps də məsələyə neytral yanaşır, Krım yarımadasını nə Rusiya, nə də Ukrayna ərazisi kimi göstərir.

Rusiya 2014-cü ilin martında Krıma hərbçilər göndərib, əsas obyektləri ələ keçirib, referendum təşkil edib. Azı 100 ölkə referendumu qanunsuz sayıb.

“Sizə öz terminlərinizlə başa salım”

“Mübahisəli regionları obyektiv təsvir etməyə çalışırıq, Google Maps-in yerli versiyaları olan yerlərdə adları və sərhədləri yerli qanunvericiliyə uyğun göstəririk”, – Google şirkətinin sözçüsü “Tech Crunch” dərgisinə deyib.

Moskva Ukraynanın şərqində separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən buradakı münaqişədə 13 mindən çox adam öldürülüb.

Ukraynanın Xarici işlər naziri Vadim Pristayko Twitter-də Apple şirkətinə müraciət edib, Krımın Ukrayna ərazisi olduğunu təsdiqləməyə çağırıb. “Apple, sizə öz terminlərinizlə başa salım. Təsəvvür edin ki, dizayn və ideyalarınızın, illərlə gördüyünüz işin və ürəyinizin bir hissəsinin ən pis düşməniniz tərəfindən oğurlandığını deyib dad döyürsüz, ancaq heç kəs sizin ağrınızı vecinə almır. Siz Krımı Rusiya torpağı adlandıranda da bu baş verir”, – o yazıb.

Ukraynanın Vaşinqtondakı səfirliyindən AzadlıqRadiosuna (RFE/RL) deyiblər ki, Apple şirkətinə məktub göndərərək Krımdakı durumu izah ediblər və yarımadanın təyinatını düzəltməyi tələb ediblər.
ABŞ Dövlət Departamenti noyabrın 27-də bəyanat yayaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib, ancaq Krımla bağlı son qalmaqala toxunmayıb.

Rusiyanın reaksiyası

Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya nəzarət komitəsinin sədri Vasili Piskarev Apple şirkətinin addımını alqışlayıb, deyib ki, “onlar xidmətlərini Rusiya qanunvericiliyinə uyğunlaşdırırlar”.

“Hava tətbiqində Krım şəhərlərinin göstərilməsi ilə bağlı səhv aradan qaldırılıb”, – o, jurnalistlərə söyləyib.

AzadlıqRadiosu Kaliforniyada yerləşən Apple şirkətindən münasibət ala bilməyib.

Mobil tətbiqlərdə Krımı Rusiya ərazisi kimi göstərmək qərarının nə vaxt verildiyi bəlli deyil.

Dövlət Duması bəyanatında bildirib ki, bu dəyişiklik Piskarev ilə Apple şirkətinin Rusiyadakı təmsilçisi Darya Yermolinanın görüşündən sonra edilib.

Tərəflər bir neçə ay idi bu məsələni müzakirə edirdi. ABŞ şirkəti ilkin olaraq Krımı qeyri-müəyyən ərazi kimi göstərməyə, Ukraynanın adını çəkməməyə çalışmışdı. (azadliq.org)



Xəbərin oxunma sayı : 496




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap