Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Aprel şəhidi olan qəhrəman zabitin xanımı təşkilat yaratdı –Təqdimat olacaq

Tarix 07.12.18, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Aprel döyüşlərinin qəhrəmanlarından biri, “Azərbaycan Bayrağı” ordenli  şəhid mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadə “Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyini təsis edib.

Birlik şəhid övladlarının təhsil almasına yardım edəcək. Könüllü müəllimlər-birlik üzvləri şəhid və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçəcək, maddi və mənəvi dəstək göstərəcəklər. “Təbriz övladlarının, onların timsalında millətin gələcəyi olan bütün uşaqların təhsil almasını vətən üçün layiqli övlad kimi böyümələrini arzulayırdı. Hətta təşkilat yaradıb əlindən gələn köməkliyi göstərməyi düşünürdü. Onun arzusunu yerinə yetirməyə çalışıram. Mən Təbrizin yadigarı – Tayfun və Onurun atasına layiq övlad kimi böyüməsi üçün əlimdən gələni edirəm. Övladlarım kimi bütün şəhid övladlarının təhsil almasına az da olsa, yardım etmək istəyirik. Qoy canını bu vətənə fəda edənlərin övladları ilə bağlı arzuları yarımçıq qalmasın”, – bu sözləri Pərişan Musazadə təşkilatın məqsədlərindən danışarkən deyib. Təşkilatın könüllüləri arasında psixoloq və həkimlər də var. Onlar səhiyyə sahəsində yardım edəcəklər. “Biz bütün könüllüləri ətrafımızda birləşməyə çağırırıq.

Dövlət şəhid ailələrinə qayğı göstərir, biz də əlimizdən gələni əsirgəməyək” – Musazadə hər kəsi bu işə dəstək olmaqa çağırıb. Dekabrın 8-də Qarabağ əlilləri, şəhid ailələri və ictimai xadimlərin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində təşkilatın təqdimatı keçiriləcək.





Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap