Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Apreldə dənizlə daşımaların həcmi artıb

Tarix 22.05.17, 21:37

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin aprelində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində çoxalma olub

AzVision.az xəbər verir ki, artım həm maye, həm də quru yüklərdə qeydə alınıb. Hesabat dövründə 2189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67 faiz üstələməyə imkan verib.

Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 2300 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2143 olub. Bu, faizlə ifadədə 7% artım deməkdir. Əlavə edək ki, ümumilikdə vaqonlarla 370505 ton maye, 73208.5 ton quru yüklər daşınıb.

2017-ci ilin aprelində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1551 sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 120 nəfər çoxdur.

Xatırladaq ki, Gəmiçilik daşımalar üçün online sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.



Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap